backend

Körpələr maşında gecələyir, 13 yaşlı yaralı... - Rus mediası - Video

Körpələr maşında gecələyir, 13 yaşlı yaralı... - Rus mediası - Video
Rusiya mətbuatı Tərtərdə olub və yerli sakinlərlə görüşüb

"Qafqazinfo" xəbər verir ki, hazırlanmış videoreportajda cəbhə bölgəsindəki vəziyyət əks olunub. Rus jurnalistlər bildiriblər ki, hələ də atəş səsləri eşidilir. Təmas xəttində yaşayan yerli sakinlər həyati təhlükə olduğu üçün evlərində deyil, maşınlarında gecələyirlər. Onlar arasında südəmər körpələr də var. 30-dan çox evin uçduğunu, yarasız hala düşdüyünü bildiriblər.

Süjetdə həmçinin ermənilər tərəfindən 13 yaşlı Tərtərli oğlanın yaralandığı göstərilir.