backend

Ermənilərin növbəti şərəfsizliyi-VİDEO FAKT

Ermənilərin növbəti şərəfsizliyi-VİDEO FAKT

Erməni gəncləri Azərbaycana qarşı ciddi informasiya savaşına başlayıb. Belə ki, “Youtube” video portalında Armen Kh ləqəbli istifadəçi ölkəmizə və ordumuza heç bir aidiyyatı olamyan videoları paylaşaraq ingilis dilində haştaqlarla dünya mediasında Azərbaycan ordusunu gözdən salmağa çalışır

İstifadəçinin bu gün 6 saat öncə yüklədiyi videonun başlığı belədir: “Azərbaycan əsgərləri kəndi tərk etmək istəyən sakinləri ağır şəkildə döyür”.
Videonun altında isə qeyd edilir: Azərbaycanda nə baş verir. Video Azərbaycan əsgərləri tərəfindən paylaşılıb.

Azərbaycan sözünün önündə haştaqın qoyulması isə internetdə Azərbaycan adını axtaran istənilən istifadəçinin bu videoya çıxmasını təmin edir.

Ermənilərin növbəti şərəfsizliyi-VİDEO FAKT

Lakin videoya baxdıqda oradakı sakinləri Azərbaycan dilində yox erməni dilində danışdığı aydın olur. Maşınların üzərindəki nömrə nişanlarından da onların ermənilərə aid olduğu və hadisənin ermənilərin yaşadığı ərazidə baş verdiyi aydın olur. Ancaq təbii ki, bu video xarici auditoriyaya hesablanıb. Azərbaycan dilini bilməyən, informasiyanı sadəcə videonun başlığından alan xaricilərin nəzərində Azərbaycanın imici zədələnir.
Eyni istifadəçinin yaydığı başqa bir videoda isə Azərbaycan ordusuna məxsus ikinci helikopterin vurulduğu deyilir. Görüntülərin real olmadığı isə aydın görünür.
Son günlər bu cür videolar paylaşan erməni adı ilə qeydiyyatdan keçən istifadəçilərin sayı artmaqdadır.

Daha doğrusu erməni tərəfi öz məğlubiyyət videolarını dünya ictimaiyyətinə “Azərbaycanda nə baş verir” başlığı ilə sırımağa çalışır.

Ermənilərin növbəti şərəfsizliyi-VİDEO FAKT

Bu yerdə Azərbaycanın informasiya texnologilarından istifadə bacarıqları olan gənclərinin üzərinə də informasiya cəbhəsində savaşmaq kimi bir vəzifə düşür. Ermənilərin saxtakarlıqlarını ifşa etmək və dünyaya həqiqəti çatdırmaq da müharibənin bir parçası və qələbənin əsas şərtidir.

Həmin saxta videoları təqdim edirik.