backend

Xatirə azərbaycanlılara: “Ermənilər sizə baxıb gülür…”

Xatirə azərbaycanlılara: “Ermənilər sizə baxıb gülür…”
Əsgərlərə siqaret alıb aparan müğənnini instagram izləyiciləri tənqid edib. Xoşagəlməz şərhlərdən cana doyan müğənni sosial şəbəkədə həmin şəxslərə tutarlı cavab verib:
“Deyirəm yuxudan durub həmən İnstagrama qaçıb izlədiyiniz adama xoşa gəlməyən tikanlı atmacalar atanda əlinizə nə verirlər?Ermənilər bizim profillərdəki bir-birinizi qırmağınıza baxıb bəlkə də ölür gülməkdən. Siz niyə anlamırsınız ki, Allah hamını bilir və ürəklərə görə verir. Əl çəkin bu qurdluluqdan. Biri yazır qazandığınız pulları əsgərlərə verin, biri yazır sənə yaraşmır ucuz siqaret almaq. Bir yazır sənin ərin nəyə buraxır səngərə gedəsən. Biri yazır filankəs layiq deyil hərbi formaya. Biri deyir siz nəyi isə reklam üçün edirsiniz. Ay savadsız insan məxluqu, mən göstərməsəm hardan görəcəkdin bəs. Reklam etdim ki, sən də qeyrətə gələsən. Bir siqaret alıb gələsən də. Yanımda top atıldı, tank gördüm, sonra sizin yazıları, və yolda 180 sürətlə sürüb qadına uşağa yol verməyənləri görəndə… Nə bilim Vallah, Allah özü kömək olsun. Kim olursan ol, insan ol”.
qaynarxett.az