backend

Razılaşmaya çox yaxınıq - Sergey Lavrov

Razılaşmaya çox yaxınıq - Sergey Lavrov
"Razılaşmanın bütün komponentləri masa üzrərindədir. Biz, əslində, Dağlıq Qarabağ məsələsində razılaşmaya çox yaxınıq. Dünən Bakıda apardığım görüşlər və sabah Ermənistandakı görüşlərimiz də bizim səylərimizin göstəricisidir"

Politika.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda keçirilən görüşündən sonrakı mətbuat konfransında deyib.

S. Lavrov bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində qərb ölkələrinə nisbətən daha çox maraqlıdır.

"Regionun tranzit strukturu pozulub. İtkilər baş verir. Hər gün snayperlər cəbhənin o biri tərəfindəki snayperlə üz-üzə dayanır. Bu hadisələrin baş verməməsi üçün tədbirlər görülməlidir. Siyasi həll üçün səylər vacibdir".