backend

Həbsdə olan jurnalist və hüquq müdafiəçisindən Ramil Usubova ittiham - ŞOK MÜRACİƏT

Həbsdə olan jurnalist və hüquq müdafiəçisindən Ramil Usubova ittiham - ŞOK MÜRACİƏT

Mən, Şirəliyev Cavid Daxiliİşlər Nazirliyindəki özbaşınalığa və haqsızlığa etiraz olaraq öz ərizəmlə polisdən çıxdıqdan sonra “7 gün xəbər” ictimai – siyasi qəzetinin və həmin qəzetin rəsmi üeb səhifəsi 7gun.az saytının təsisçisi habelə hüquq müdafiəçisi kimi fəaliyyətə başlamışam.

İctimai, siyasi və sosial durum haqqında müxtəlif araşdırmaların və tənqidi məqalələrin müəllifi olmaqla yanaşı, eləcə də insan haqlarını və qanunla qorunan mənafelərini müdafiə etdiyim üçün dəfələrlə təqib və təziqlərə məruz qalmışam. 30 avqust 2014-cü il tarixdə isə bilavəsitə qanuni peşə fəaliyyətimin icrası ilə bağlı heç bir hüquqi əsas və səbəb olmadan qanunsuz həbs olunmuşam.

Hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan qondarma cinayət işi üzrə AR CM-nin 182.2.1 və 182.2.4-cü, yəni hədə - qorxu ilə tələb etmə maddələri ilə təqsirləndirilirəm.

Ona görə ki, guya mən özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə tanışım Orucov Asif Akif oğlu ilə qabaqcadan əlbir olaraq 2013 –cü ilin iyun ayının təxminən ortalarında Xankişiyeva Şəfiqə İsmayıl qızına məxsus mobil telefona zəng vurub özümü jurnalist kimi təqdim edərək ondan icarəçisi olduğu Tovuz rayon Qovlar qəsəbəsindəki “Tatar” kafesində əxlaqsızlıq yuvasının olmasıilə bağlı rüsvayedici məlumatlar yayma hədəsiylə 2000 (iki min) manat pul tələb edərək, Şəfiqə Xankişiyevanın 700 (yeddi yüz) manat pulunu Asif Orucovla birlikdə alaraq ələ keçirmişik.

Mənə qarşı irəli sürülmüş ittihamın əsassız və qanunsuz olması ilə bağlı 12 ( on iki) ən mötəbər sübut vardır ki, onların bir neçəsi barədə məlumat vermək istərdim.

1. Cinayət işi üzrə guya zərərçəkmiş şəxs, Bakı şəhər, Qaradağ rayon Qobustan qəsəbəsi massiv 1, ev 104 ünvanda qeydiyyatda olan Xankişiyeva Şəfiqə İsmayıl qızı Daxili İşlər Nazirliyinin qeyri – rəsmi əməkdaşı, yəni polisin “yaxın adamı”dır. Bu günə qədər onun vasitəsilə bir neçə nəfəri şərləyib həbs ediblər.

2. Orucov Asif Akif oğlu Daxili İşlər Nazirliyinin yüksək rütbəli , yəni vəzifəli şəzslərinin sözləri ilə, onların maraqlarına və uydurmalarına uyğun formada yazılmış ifadələri və üzləşmə protokollarını müxtəlif işgəncələr altında imzaladığını, 11 aprel 2012-ci il tarixdən 19 oktyabr 2013-cü il tarixədək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində olduğunu bildirdi.

5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin 14 dekabr 2015-ci il tarixli 17/45-948 nömrəli məktubuna əlavə olunmuş sənədlərə əsasən, Orucov Asif Akif oğlu müəssisədə daxili intizam (rejim) qaydalarını pozduğu üçün ona 10 iyun 2013-cü il tarixdə töhmət verilmiş, 20 iyun 2013-cü il tarixdə isə 5 (beş) gün cərimə təcridxanasına keçirilmişdir.

Belə olan halda Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 87.2 –ci maddəsinə əsasən, tənbehi olan məhkumlara mühafizə olunan ərazidən kənarda müşayiətsiz hərəkət etməyə icazə verilmir.

Bu Məcəllənin 107.3 –cü maddəsinə əsasən, məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlara bir ay müddətində müəssisədən kənara çıxmağın qadağan edilməsi kimi tənbeh tədbirləri tətbiq edilir.

Əlavə olaraq məhkəmə prosesində ifadə verən 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin əməkdaşları (səlahiyyətli nümayəndələri) Rövşən Rəfizadə və Elçin Vəkilov da Asif Orucova 10 iyun 2013-cü il tarixdə töhmət verildiyi üçün AR cəzaların İcrası Məcəlləsinə uyğun olaraq 2013-cü ilin iyun ayında müəssisədə ciddi nəzarət altında olduğunu bildirdilər.

Beləliklə də, Orucov Asif Akif oğlu 2013- cü ilin iyun ayında həbsdə olduğu və mənimlə birlikdə hədə - qorxu ilə Xankişiyeva Şəfiqə İsmayıl qızından pul almadığı tam təsdiq olunmuşdur.

Həbsdə olan jurnalist və hüquq müdafiəçisindən Ramil Usubova ittiham - ŞOK MÜRACİƏT

3. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırması departamentinin 15 yanvar 2015-ci il tarixli 1591020000807500 nömrəli məktubuna əsasən, 31 dekabr 2013-cü il tarixədək Tovuz rayon Qovlar qəsəbəsində “Tatar” kafesi mövcud olmamış və fəaliyyət göstərməmiş, habelə belə bir obyektin Xankişiyeva Şəfiqə İsmayıl qızı adlı icarədarı olmamışdır ki, bu fakt Tovuz rayon İHB-ın Qovlar qəsəbə üzrə icra nümayəndəliyi və Tovuz rayon Qovlar qəsəbə Bələdiyyəsinin arayışları ilə də təsdiq olunmuşdur.

Həbsdə olan jurnalist və hüquq müdafiəçisindən Ramil Usubova ittiham - ŞOK MÜRACİƏT

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri, məhkəmə işinə sədrlik edən Mübariz Məmmədov və Faiq Mahmuodv barəmdə ittihamedici hökm çıxarılması üçün ittiham tərəfindən elə bir mötəbər sübut, təkzibedilməz fakt və dəlil təqdim olunmadığını açıq – aşkar bildirirlər. Məhz buna görə də 11 aydır ki, məhkəmə istintaqı aparılır.



Məhkəmə kollegiyası mənə deyir ki, Daxili İşlər Naziri Ramil Usubov, DİN-in birinci müavini Vilayət Eyvazov və Baş Prokurorun birinci müavini Rüstəm Usubovdan üzr istə, əgər onlar səni bağışlasalar və razılıq versələr səni buraxaq.

Mənim qanuni peşə fəaliyyətimin icrası ilə bağlı dövlət orqanlarının rəhbər və digər vəzifəli şəxslərinin sifarışı və xüsusi tapşırığı əsasında qanunsuz həbs olunduğum öz təsdiqini tapmışdır.

AR Konstutsiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

AR Konstutsiyasının 127-ci maddəsinin 2-ci hissəsinə əsasən, hakimlər işlərə qərəzsiz, ədalətli, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən qanuna müvafiq baxırlar.

Əgər mənə qarşı irəli sürülmüş ittihamın əsassız və qanunsuz olması, habelə təqsirsizliyimin tam sübut olunduğu halda mən nə üçün kimdənsə üzr istəməliyəm?

Hər bir halda mən yuxarıda adları çəkilən şəxslərdən üzr istəmərəm, bu qeyri – mümkündür.

Mən demokratiyaya, insan hüquq və azadlıqlarına , söz və bətbuat azadlığına dəstək olan siyasətçiləri, hüquq müdafiəçilərini, jurnalistləri, bir sözlə hər kəsi haqsızlığa göz yummamağa, həqiqətin arxasında durmağa çağırıram.

Burada fərd olaraq Cavid Şirəliyevdən, yəni məndən yox, insan hüquq və azadlığının qanunsuz məhdudlaşdırılmasından söhbət gedir.

Sirr deyil ki, bu günə qədər belə həbslər olub, var və bundan sonra da olacaq.

Hörmətlə, Jurnalist və hüquq müdafiəçisi Şirəliyev Cavid Ələsgər oğlu