backend

Azərbaycanlı qadın Moskvada özünü yandıraraq intihar etdi FOTO

Azərbaycanlı qadın Moskvada özünü yandıraraq intihar etdi FOTO
Moskvadakı 1213 saylı məktəbin yaxınlığında 33 yaşlı azərbaycanlı qadın Vüsalı D. öz üzərinə benzin töküb yandıraraq intihar edib.

Sözügedən məktəbdə qadının İslam və Kənan adlı oğulları təhsil alırmış. Hadisə bu gün yerli vaxtla saat 14-lə 15 arasında baş verib.

Mənbə bildirir ki, Vüsalə özünü yandırdıqdan sonrakı ilk anlarda heç kim ona yaxın gəlməyə cürət etməyib. Həkimlərin sözlərinə görə, vaxtında kömək göstərilsəydi, qadının həyatını xilas etmək olardı.

qaynarxett.az