backend

Deputatımızdan utanılacaq hərəkət: AŞPA-nın iclasında telefonuyla oyun oynayır - FOTO

Deputatımızdan utanılacaq hərəkət: AŞPA-nın iclasında telefonuyla oyun oynayır - FOTO
Müslüm Məmmədovun Azərbaycan nümayəndə heyətinin çıxış etdiyi bir vaxtda başını başqa işlərə qatması qətiyyən başa düşülən deyil

Azərbaycanı AŞPA-da təmsil edən deputatlarımızın heç də hamısının ümumi məsələlərə baxışı eyni deyil. Onlar ölkəmizi təmsil edib, Azərbaycanın problemlərini qabartmağa məsul olsalar da, bəziləri bu məsuliyyəti dərk etmirlər.

Politika.Az jam.az-a istinadən xəbər verir ki, aprelin əvvəlində Qarabağ cəbhəsində yaşananlardan dolayı, Ermənistan Ordusu Azərbaycanın mülki əhalisinə qarşı ağır cinayətlər törətmişdi. Evlərin top atəşinə tutulması, 5 nəfərdən çox yerli sakinin düşmən gülləsindən dünyasını dəyişməsi də sirr deyil. Lakin Qərbin siyasi dairələrinə bu faktları çatdırmaqla, onları inandırmaq zərurəti də mövcuddur.

Qeyd edək ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Ermənistanın cəbhə xəttində yaşayan dinc əhalini gülləbaran etməsi, insan ölümüylə nəticələnmiş cinayətlərin törədilməsi, kəndlərimizi top atəşinə tutmaları barədə çıxış etdiyi halda, qəribə vəziyyət yaranıb. Deputatımız çıxışında konkret faktlarla baş verənləri anlatdığı bir vaxtda, yenicə mandat almış, 57 saylı Kürdəmir seçki dairəsindən seçilmiş deputat Müslüm Məmmədovun başı telefonuna qarışıb. Fotoşəkildən belə ggörünür ki, Müslüm Məmmədov telefonunda əyləncəli oyunlar oynayır. Üstəlik, bu o zaman baş verir ki, Azərbaycan nümayəndə heyəti çıxış edən zaman.

Belə olan məqamda belə başa düşülür ki, Müslüm Məmmədov kimi adamların xaricə buraxılmasına qadağan qoyulması ilə yanaşı, onun parlamentdə təmsil olunmasını da əngəlləmək lazımdır. Ən azından, Azərbaycan nümayəndə heyətinin rəhbəri danışdığı bir zamanda belə hərəkət etməsəydi…