backend

ERMƏNİ VƏHŞİLİYİ-LAYİQLİ CAVAB VERİLƏCƏK

ERMƏNİ VƏHŞİLİYİ-LAYİQLİ CAVAB VERİLƏCƏK
ERMƏNİ VƏHŞİLİYİNİN NƏ QƏDƏR HÜDUDSUZ OLDUĞUNU DÜNYA BİLMƏLİDİR VƏ SİVİL ADLANDIRILAN MÜASİR DÜNYADA VƏHŞİLİK EDƏNİN DƏRSİ VERİLMƏLİDİR

Bildirildi ki, ermənilər bizim şəhidlərimizin cansız bədənləri üzərində vəhşilik hərəkətləri etmişlər. Döyüş zamanı erməni silahlı qüvvələrinin nəzarətində olan ərazilərdə qalmış şəhidlərimizin gözləri çıxarılıb, qulaqları kəsilib, ağızları cırılıb və s.

Son 120 ildə ermənilərin Azərbaycanda etdikləri vəhşiliklərə diqqət edin: insanlar diri-diri divarlara hörülüb, qadınların kürəklərinə qaynar samovar bağlanıb, hamilə qadınların qarınları cırılaraq bətnindəki körpə hələ dünyaya gəlməmiş öldürülüb, körpə uşaqlar taxta dirəklərə mismarlanıb.

Xocalıda soyqrım törədilib, əliyalın sadə insanlar öldürülərək onların bir çoxunun dəriləri soyulub.

İndi də yeni vəhşilik...

Bu halların təkrarlanmaması üçün biz bir olmalıyıq. Vəhşi xislətli düşmən yenidən vəhşiliklərini davam etdirə bilməməsi üçün layiqli dərsini almalıdır. Bunun üçün bu gün öz zirvəsində olan dövlət-xalq birliyi, orduya sonsuz ehtiram qorunub saxlanmalıdır. Hər birimiz bu işdə öz borcumuzu və məsuliyyətimizi bilərək fəaliyyət göstərməliyik.

Vətənin bölünməzliyi, toxunulmazlığı və inkişafı bu birlikdən keçir.

Layiqli cəzasının ilk hissəsini alan düşmən şokdadır. Qəfil və gözlənilməz dərs onu çaşdırıb. Eyni zamanda onun riyakarlığı, saxtakarlığı, vəhşiliyi dünyaya da aydın olur. Biz məlumat savaşında da lazım olan fəaliyyəti göstərməliyik. Xüsusi olaraq xarici dilləri bilən hər bir kəs internet resurslarından maksimum istifadə etməklə dövlətimizi, ordumuzu, xalqımızı təbliğ etməlidir. Məlumat savaşında xarici ölkələrdə yaşayan, digər millətlərin nümayəndələri olan dostlarımızın imkanlarından da istifadə etməliyik.



Akademik Vaqif Abbasov,
AMEA-nın Kimya prosesləri inisititutunun direktoru.