backend

Azərbaycanda dəhşətli qəza - tələbələr həlak oldu

Azərbaycanda dəhşətli qəza - tələbələr həlak oldu
Xızı rayonu ərazisnidə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Politika.Az xəbər verir ki, rayonun Yarımca kəndindən gələn mikroavtobus Qızıl Qazma kəndində dərəyə yuvarlanıb. Hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.

Xızı rayon icra hakimiyyəti başçısının müavini Azər Əlizadənin verdiyi məlumata görə, həlak olanlar Sumqayıtdan Xızıya istirahətə gəlmiş kollec tələbələri olub.

Hazırda Xızı, Sumqayıt və Siyəzən rayonlarının təcili yardım avtombilləri hadisə yerinə yönəldilib. Xilasetmə işləri aparılır.