backend

Azərbaycan Rusiyaya dostdurmu? Ruslar necə düşünür? - ŞOK TƏSSURAT

Azərbaycan Rusiyaya dostdurmu? Ruslar necə düşünür? - ŞOK TƏSSURAT
Rusiyalıların çoxu Azərbaycanı "dost ölkə" kimi görür, aprel ayında keçirilmiş sorğunun nəticələri göstərir.
İctimai Rəy Fondunun (FOM) apardığı sorğuda iştirak edənlərin 53 faizi hesab edir ki, Azərbaycan Rusiyaya dostdur.
13 faiz isə Azərbaycanı "qeyri-dost" ölkə hesab edir. 2011-ci ildə Azərbaycanı dost hesab edənlər 51 faiz təşkil edirdi.
Rusiyalıların hər beşindən dördü hesab edir ki, Ukrayna "qeyri-dost" ölkədir.
2011-ci ilin mart ayında aparılan sorğuda rusiyalıların 27 faizi Ukraynanı "qeyri-dost" hesab edirdi. Hazırda isə belə hesab edən respondentlərin sayı artaraq 81 faizə çatıb.
Rusiyalıların yalnız 6 faizi Ukraynanı dost hesab edir - 2011-ci ildə bu rəqəm 48 faiz idi.
Sorğuya görə, Rusiyaya "qeyri-dost" olan digər qonşu ölkələr bunlardır: Latviya, Litva, Estoniya, Gürcüstan, Moldova.

Ermənistan sərhədlərinə Rusiya qüvvələri nəzarət edir.
Qazaxıstan, rusiyalıların 77 faizinin rəyinə görə, dost ölkədir. Daha sonra Belarus, Qırğızıstan və Ermənistan, Özbəkistan, Tacikistan, Azərbaycan, Türkmənistan gəlir.
Sorğu iki min rusiyalı arasında aparılıb.