backend

Azərbaycan MDB-nin ən uğurlu dövlətlərinin üçlüyündə

Azərbaycan MDB-nin ən uğurlu dövlətlərinin üçlüyündə






















Rusiyanın 52 regionunda 1,6 min nəfərin rəyi soruşulub.

Rusiyalılar Belarus və Qazaxıstanı MDB dövlətləri arasında ən uğurlu hesab edirlər, üçüncü yerdə isə Ukraynanı Azərbaycan əvəzləyib.

qaynarxett.az xəbər verir ki, bu barədə Rusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ВЦ?ОМ) araşdırmasında bildirilir.

Tədqiqat 2014-cü ilin noyabrında aparılıb.

Rusiyanın 52 regionunda 1,6 min insanın rəyi soruşulub. Sorğuda yanlışlıq 3,5%-i ötmür.

Sorğu zamanı Mərkəz rusiyalıların MDB-yə daxil olan dövlətlərin nə dərəcədə uğurlu olmasına münasibətlərini öyrənib.

“Rusiyalıların fikrincə, MDB-də böyük fərqlə iki dövlət uğurludur. Birinci yerdə Belarus qərarlaşıb, vətəndaşlarımızın 66%-i bu dövləti MDB ölkələri arasında ən uğurlu hesab edirlər. İkinci yerdə 45% göstərici ilə Qazaxıstan qərarlaşıb”, - deyə, təşkilatın idarə heyətinin sədri Konstantin Abramov “Avrasiya İttifaqı start ərəfəsində” mətbuat konfransında bildirib.

Abramovun sözlərinə görə, üçüncü yerdə Azərbaycan qərarlaşıb – rusiyalıların 10%-i ölkəmizi MDB-nin ən uğurlu dövlətərindən biri hesab edirlər.

Növbəti pillələrdə Ermənistan (9%), Qırğızıstan, Gürcüstan, Moldova (hərəsi 5%), Türkmənistan (4%) qərarlaşıb.