backend

ŞOK!!! MTN RƏISI ISMAYILLINI NECƏ IŞGAL ETDİ?- ŞOK FAKTLAR

ŞOK!!! MTN RƏISI ISMAYILLINI NECƏ IŞGAL ETDİ?- ŞOK FAKTLAR

Eldar Mahmudov və Akif Çovdarov ətrafında formalaşmış “paqonlu quldur dəstəsi”nin əməlləri haqda hər gün yeni məlumatlar yayılmaqdadır.
Əlbəttə, ölkənin ən mühüm dövlət strukturlarından birində belə bir şəbəkənin mövcudluğu təəssüf doğurur, amma “ziyanın yarısından da qayıtmaq xeyirdir” prinsipi ilə hazırki ifşa prosesinin sevindirici tərəfləri də var.

Baş verən hadisələr illərlə insanları təhdid altında saxlayan rütbə sahiblərindən ziyan çəkənləri də dilə gətirib. İnsanlar artıq bu qurum haqqında bildiklərini danışır, qurumda kök salmış çiyni paqonlu quldurların cəzalandırılmasını alqışlayırlar. Bu baxımdan daxil olan şikayəti hələ də vəzifə başında olan, fəaliyyət regionunu dəyişməklə cəzadan yayınacağını düşünən paqon sahibinin ifşası kimi qəbul etmək olar. Söhbət əvvəllər İsmayıllıda, indi isə Lənkəranda MTN-in rayon şöbəsinə rəhbərlik etmiş Aydın Piriyevin fəaliyyətindən gedir. Bu şəxslə bağlı İsmayıllı rayon Xanagah kənd sakininin söylədikləri dəhşət doğurur.

MTN-in rayon şöbəsinin rəisinin adına olan torpaqlar

Aydın Piriyev İsmayıllı hadisələrindən az əvvəl Lənkərana təyinat aldı. Bu sənədi keçmiş torpaq və xəritəçəkmə komitəsinin İsmayıllı şöbəsinin keçmiş işçisi təqdim edib. O qeyd edir ki, bu, Aydın Piriyevin İsmayıllıdakı torpaq sahələri və digər varının cüzi hissəsidir. Onun Buynuz, Topçu, Qalacıq, köhnə Daxar kəndlərində villaları var. Aydın Piriyev İsmayıllı torpaq şöbəsinin keçmiş rəisi Rövşən Behbudovla birləşib Bakıda da xeyli torpaq sahələrinə sahib çıxıblar. Rövşən Behbudov hər satdığı torpaq sahəsi üçün MTN rəisinə haqq ödəyirdi. MTN rəisi respublikanın ayrı-ayrı rayonlarından imkanlı şəxsləri İsmayıllıya torpaq almaq üçün cəlb edir və varlanırdı. Aşağıdakı adlar da bu iddianın sübutu sayıla bilər:

Aydın Piriyevin İvanovkadakı torpaq sahələri:
1.Gidayev İsa Əhmədağa oğlu— 0, 12 ha İsmayıllıda tikinti mafiyasına rəhbərlik edir. MTN-də işləyir.
2.Gidayev Rəşad İsa oğlu— 0, 12 ha ata oğuldurlar. Rəşad Aydın Piriyevin köməkliyi ilə MTN-də işləyir.

İsmayıllı şəhərindəki torpaq sahəsi:

1.Muradova Güldəstə Murad qızı.— 0, 06 ha MTN-ə bağlı.

Diyallı kəndindəki torpaq sahələri:

1.Şərifov Rəşid Məcid oğlu—- 0, 12 ha keçmiş bələdiyyə sədri.Aydın Piriyevin kadrı.
2.Şərifov Dilqəm Rəşid oğlu—– 0, 12 ha ata oğul

Xanagah kəndindəki torpaq sahəsi:

1.Gözəlov Eyvaz Veysəl oğlu—- 0, 06 ha kənd sakini MTN-ə bağlı.

Buynuz kəndindəki torpaq sahəsi içində villa:

1.Məmmədov Paşa İsrayıl oğlu—- 0, 06 ha. Aydın Piriyev onun adına villa tikib həmin ərazidə rayon icra hakimiyyətini yerləşdirib. MTN-in icra hakimiyyətindəki qeyri-rəsmi adamı. Ev Paşa Məmmədovun adına olsa da Aydın Piriyevə məxsusdur.

Talıstan kəndindəki torpaq sahələri:

1.Fətəliyev Ramil Vəzirxan oğlu—- 0, 12 ha
2.Fətəliyev Tural Vəzirxan oğlu—-0, 12 ha. Qardaşdırlar Ramil Aydının köməkliyi ilə MTN-ə düzəlib hazırda İsmayıllıda işləyir. Ataları Vəzirxan Fətəliyev Xanagah kəndinin icra nümayəndəsidir. Sovet dövründən agentdir.

İkinci yeni yol kəndindəkilər:

1.Mikayılov Xavər Qarakişi qızı—- 0, 12 ha kənd sakini. MTN-ə bağlı
2. Rəsulov Vahid Mahmud oğlu—-0, 12 ha rayon təhsil şöbəsində təsərrüfat işləri üzrə müdir müavini, MTN-in agenti.

İsmayıllı şəhəri mərkəzdə:

1.Qəmbərov Aqil Adil oğlu—-0, 06 ha. Rayon sakini MTN-ə bağlı

İsmayıllı kəndi yəni rayonun kənarı:

1.Gidayev Rəşad İsa oğlu—–0, 12 ha MTN işçisi İsmayıllıda

Bütün bu prosesdə İsmayıllı rayon o zamankı Torpaq Komitəsinin rəhbəri Rövşən Behbudovun da fəal iştirakı olub. Bununla bağlı daxil olan məlumata görə, R.Behbudov keçmiş nazir Qərib Məmmədov və İsmayıllının yenicə vəzifəsindən azad edilən MTN rəisi Kamal Axundov üçün də rayonda villa tikib. R.Behbudovun sabiq komitə rəhbəri Qərib Məmmədovla ailəvi dost olduğu deyilir. Nizami Ələkbərovların ən yaxın adamı olan Rövşən Behbudovun hazırda İsmayıllıda 8 hektara yaxın torpaq sahəsinə və Bakıda bir neçə yerdə bina və bağ evlərinə sahib olduğu bildirilir. Zamanında İsmayıllının ən gözəl torpaqlarını Aydın Piriyevlə birləşib çöldən gələn işbazlara satan R.Behbudov kəndlərdə xəritələri saxtalaşdıraraq xeyli adamı üz-üzə qoyub. İndi də onun səhvi üzündən insanlar torpaq üstə bir-birilərini qırırlar. (bizimesr.az)

P.S. Yazıda adı çəkilən hər kəsin möqeyini verməyə hazırıq.

Qaynarxett.az