backend

Bakıda qeyri-adi toy: Qız, özü ilə evləndi - FOTO

Bakıda qeyri-adi toy: Qız, özü ilə evləndi - FOTO
Bakıda qeyri-adi toy mərasimi olub. Uzun müddətdir ailə qura bilmyən xanım subaylığın “daşını atıb”. Amma bu toy mərasimi digərlərindən fərqlənib. Fərqli cəhət də odur ki, gəlin toyda bəysiz olub. Yəni qız öz özü ilə nikah bağlayıb.

Qaynarxett.az xəbər verir ki, bu barədə AMEA-nın əməkdaşı Elyar İslam öz Facebook səhifəsində yazıb.

“Bu il eşitdiyim ən qəribə hadisə bu gün baş tutacaq bir toy mərasimidir. Türklərdə bir deyim var: “kendi-kendine gelin güvey olmaq”. Bu deyimin real variantı bu gün Bakıda yaşanır. Telefonla, ağacla, müxtəlif heyvanlarla evlənən qəribə insanlar haqda çox eşitmişik. Amma Bakıda bu gün elə bir toy mərasimi baş tutacaq ki, dünya hələ belə bir toy haqda nə görüb, nə də eşidib.

Belə ki, uzun muddətdir ailə həyatı qura bilmək üçün bəy namizədi tapa bilməyən bir xanım, özü üçün bəysiz toy etməyə qərar verib. Xanım təm-təraqla, cah-cəlalla, ədəb-ərkanla bugün özünə toy edir. Amma qəribə burasıdır ki, həmin xanım öz-özünə ailə həyatı qurur. Yəni gəlin də özüdür, bəy də.

Nə deyirik, ALLAH xoşbəxt eləsin ! Mübarəkdir!”, - E.İslam xeyir dua verib.

* Fotoları təqdim edirik
Bakıda qeyri-adi toy: Qız, özü ilə evləndi - FOTO