backend

Müsavat NATO-nun mövqeyini dəstəklədi

Müsavat NATO-nun mövqeyini dəstəklədi
Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Qaynarxett.az. xəbər verir ki, iclasda görülən işlər və qərarların icrası barədə İcra Aparatının rəhbəri Gülağa Aslanlının məlumatı dinlənilib.

Divan üzvü Razim Əmiraslanlı Hesabat seçki Yığıncağına hazırlaşan rayon (şəhər) təşkilatları haqda divan üzvlərini məlumatlandırıb.

Ölkədə və dünyada gedən ictimai-siyasi proseslər geniş müzakirə edilib.

Divan NATO-nun Varşavada keçirilən Zirvə Toplantısını geniş müzakirə edib. Rusiya qəsbkarlığına qarşı NATO-nun bu toplantıda sərgilədiyi qətiyyətli mövqe dünyanın təhlükəsizliyi baxımından yüksək qiymətləndirilib.

Varşava toplantısının Azərbaycanın ərazi bütövlüyü və Qarabağ məsələsinə dair bəyan etdiyi ədalətli mövqeyi təqdir edilib.

Sonda cari məsələlərə baxılıb.

Qaynarxett.az