backend

“Qiyamçı”lar Böyük Millət Məclisinin binasını vurdu –Son dəqiqə

“Qiyamçı”lar Böyük Millət Məclisinin binasını vurdu –Son dəqiqə
“Qiyamçı”lar Böyük Millət Məclisinin binasını vurdu –Son dəqiqə
Ordunun qiyamçı dəstəsinə məxsus olan helikopterlər Ankarada yerləşən Boyük Millət Məclisinin binasını vurublar.

BMM-də məclis başqanı və AKP deputatlarının olmasına baxmayaraq, 3-4 helikopter qəfildən məclisə hucum edərək, binanı atəşə tutublar. Hadisə zamanı məclsin binasının üstündə, o cümlədən giriş qapısında böyük partlama səsi eşidilib, ətraf qatı tüstü və yanğına bürünüb.

Maraqlıdır ki, qiyamçılara məxsus helikopterlər işıqlarının söndürərək, hərəkət edirlər. Canlı yayımdan göstərilən süjetə əsasən, onu da qeyd edək ki, hadisə yerinə F-16-lar yönləndirib. Hadisə yerində olan polis qüvvələri və özəl hərəkat qüvvələri helikopterləri ilə qarşılıqlı atışırlar. Bu dəqiqələrdə gərgilik davam edir.

BMM və ətrafı yanğın və tüstüyə büründüyü açıqlanır. Məclisin bütün işıqları da söndürülüb.

Hucumda ölən və yaralananların olub-olmadığı hələki bilinmir.

03.44-də BMM ətrafında daha böyük iki partlama səsi eşidilib. Güman edilir ki, bu dəfə F-16 gecə qaranlığında hərəkət edən helikopterin gizləndiyi ərazini yenə vurub.