backend

Ərdoğandan Obamaya: "Güləni təhvil verin"

Ərdoğandan Obamaya: "Güləni təhvil verin"
Pensilvaniyadakı o şəxsi (Fətullah Gülən) Türkiyəyə ekstradisiya edin.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kısıklıdakı evinin önündə xalq qarşısında çıxışı zamanı ABŞ Prezidenti Barak Obamaya çağırışında deyib.

“Mən buradan ABŞ-a səslənirəm. Hörmətli prezidentə çağırış edirəm. Pensilvaniyada 400 hektar ərazidə məskunlaşan o şəxsi ya deportasiya edin, ya da bizə təhvil verin. Mən bunların çevrilişə hazırlaşdıqlarını sizə demişdim. Lakin sözlərimə əhəmiyyət vermədiniz”, - Ərdoğan bildirib.

Qeyd edək ki, ötən gecə baş verən hərbi çevriliş cəhdi zamanı 161 nəfər həlak olmuş, 100-dən çox şəxs isə yaralanmışdı.