backend

Binəli Yıldırım Azərbaycana təşəkkür etdi... - BAŞ NAZİRDƏN ANS ACIQLAMASI

Binəli Yıldırım Azərbaycana təşəkkür etdi... - BAŞ NAZİRDƏN ANS ACIQLAMASI
Binəli Yıldırım Azərbaycana təşəkkür etdi...

Politika.Az xəbər verir ki, Türkiyənin "Star" telekanalına müsahibə verən baş nazir Binəli Yıldırım Azərbaycanda Fətullah Gülənə bağlı atılan addımlardan dolayı rəsmi Bakıya və prezident İlham Əliyevə təşəkkür edib.

Baş nazir hadisədən dərhal sonra Azərbaycan iqtidarının Türkiyə ilə həmrəylik nümayiş etdirərək Fətullah Gülən məsələsində dərhal atılan qərarlardan məmnuniyyət ifadə edərək təşəkkürünü bildirib.

Belə ki, baş nazir Azərbaycanda dövlət başçısı İlham Əliyevin doğru qərar verdiyini, telekanalı " biz dedikdən sonra həmən kapatdı və kəndisinə bir daha təşəkkür edirik" söyləyib. Binəli Yıldırım həmin media orqanının (yəni ANS-in) "öz ölkələrinə də bir xeyri dəymədiyini" də dilə gətirib. Baş nazirin bu müsahibəsi bir daha ANS-in bağladılmasının birbaşa Türkiyədəki 15 iyul hadisələriylə bağlı olduğunu təsdiqləmiş oldu...

Xatırladaq ki, hadisədən dərhal sonra Qafqaz Universiteti bağlandı və əməkdaşı Qənirə Ataşovanın Fətullah Gülənin mətbuat konfransına qatılaraq onunla sual-cavab etdiyinə görə ANS telekanalı sərt şəkildə cəzalandırılaraq yayını dayandırıldı, telekanal barədə cinayət işi qaldırıldı.