backend

“Qurdlar Vadisi”nin Felleri Türkiyəyə qarşı - Video

“Qurdlar Vadisi”nin Felleri Türkiyəyə qarşı - Video
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş rəhbəri Qraham Fuller Türkiyədəki hərbi çevrilişə cəhd hadisəsindən danışıb.

Axar.az xəbər verir ki, daim Türkiyəyə qarşı olan Fuller hərbi çevrilişin Fətullah Gülənlə bağlı olması iddialarını qəbul etməyib. “Haffinqton Post” qəzetinə danışan Qraham bunları deyib:

“Məncə, ötən həftə baş verən hərbi çevrilişə cəhdin Gülənlə əlaqəsi yoxdur. Bu, ola bilməz. Mən 2006-ci ildə Gülənin ABŞ-a yaşıl kart müraciətindən sonra ölkə orqanlarına onun təhlükəsiz şəxs olduğunu bildirmişdim. Əlbəttə, əlimizdə bir dəlil yoxdur deyə, qəti fikir demək çətindir. Fətullah Gülən həmişə dövlət bütövlüyünün vacibliyini qeyd edib. Digər tərəfdən, o öz qurumunun fəaliyyət göstərməsi və missiyasını davam etdirə bilməsi üçün hərbi çevrilişi deyil, demokratiyanın lazım olduğunu bilir”.

Qeyd edək ki, CİA-nın Orta Şərqdəki əməliyyatlarına rəhbərlik edən Fuller “İslamsız dünya”, “Türkiyədəki kürd problemi”, “Türkiyə və Ərəb baharı” adlı kitabları ilə istər Türkiyəyə, istərsə də islam dünyasına qarşı həmişə antoqonist mövqedən çıxış edib.

“Qurdlar Vadisi Pusu” serialındakı Aron Fellerin məhz Qraham Fullerin prototipi olduğu deyilir. İzləyəcəyiniz videoda onun islam dini ilə bağlı planları CİA-nın keçmiş rəhbərinin - Qraham Fullerin mövqeyi ilə üst-üstə düşür.