backend

SON DƏQİQƏ: DÜŞMƏN SİLAHLARI SUSMUR - Cəbhəboyu kəndlərimiz atəş altında

SON DƏQİQƏ: DÜŞMƏN SİLAHLARI SUSMUR - Cəbhəboyu kəndlərimiz atəş altında

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini mütamadi olaraq pozur.

Bu barədə məlumat Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Paravakar, Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qaynarxett.az