backend

ŞOK: İŞİD Özbəkistanda iqtidara gələ bilər - ÖZƏL

ŞOK: İŞİD Özbəkistanda iqtidara gələ bilər - ÖZƏL

Özbəkistanda hakimiyyət Kərimovlar ailəsinin əlindən çıxa bilər

Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, hakimiyyət daxilində müxtəlif klanlar var və onların mübarizə aparıb-aparmadığı məlum deyil.

Eyni zamanda xarici oyunçular aktivləşəcək. Özbəkistan müxalifəti də aktivləşəcək. Amma burada ən təhlükəli qüvvə Özbəkistan İslam Hərəkatıdır.

Özbəkistan İslam Hərəkatı Əfqanıstanda Əl-Qaidə ilə sıx əlaqədədir, xüsusilə İŞİD-lə təmasları var. Onlar çoxdandır belə bir fürsət gözləyir. İndi bütün diqqət Özbəkistan İslam Hərəkatının üzərinə yönələcək.

Politika.Az-ın xəbər verir ki, uzun müddətdir Əfqanıstanın şimalında ciddi mübarizə gedir.

2014-cü ildən bu təhlükə gözlənilir. ABŞ hərbi qüvvələri Əfqanıstandan çıxdıqdan sonra Rusiya narahat idi ki, islamçı qüvvələr Mərkəzi Asiyaya doğru yönələcək və sabitliyi pozmağa çalışacaq.

O dövrdən başlayaraq Rusiya Mərkəzi Asiyada sərhədləri möhkəmləndirməklə məşğuldur. Özbəkistanın islamçı qüvvələrdən xilas etmək və iqtidara dünyəvi komandanın gəlişi üçün hazırda ölkənin baş naziri olan Şövkət Mirzəyevin adı keçir.

Əgər baş nazir İslam Kərimovun ailəsinin və hüquq-mühafizə orqanlarının dəstəyini ala biləcəksə şansı daha çox olacaq.