backend

Ermənilərin “milli qəhrəman”ı, homoseksual Melkonyan haqda ŞOK FAKTLAR – FOTO/VİDEO

Ermənilərin “milli qəhrəman”ı, homoseksual Melkonyan haqda ŞOK FAKTLAR – FOTO/VİDEO

Ermənilərin “milli qəhrəman” elan etdikləri “Avo” ləqəbli, terrorçu Monte Melkonyanın əxlaqsız həyat tərzi, xüsusən onun homoseksuallığı ilə bağlı yeni faktların ortaya çıxması bu ölkənin fəalları tərəfindən get-gedə daha böyük nifrətlə qarşılanır və pislənir. Yalanı həyat tərzinin ayrılmaz hissəsinə çevirmiş erməni cəmiyyəti nəhayət öz “qəhrəman”ının hansı xislətə malik olduğunu indi anlayır. Maraqlıdır, əgər əvvəllər terrorçunun ünvanına yönəlmiş bu qınaqlar lokal çərçivədə idisə, artıq tənqidlər sərhəd tanımır.

Publika.az-ın məlumatına görə, Monte Melkonyanın homoseksual olması, onun bir zamanlar “sevgi” macərası yaşamış kişilərin sosial mediada və sosial şəbəkələrdə etirafları Ermənistanın “milli qəhrəmanı” ilə bağlı yeni-yeni faktların ortaya çıxmasına rəvac verir.

Bir vaxtlar “ASALA” terror təşkilatının üzvü olmuş, ayrı-ayrı ölkələrdəki hərbi əməliyyatlarda terrorçuluq fəaliyyəti göstərmiş Melkonyanın ilk sevgilisi ona “Abu Sindi” ləqəbini vermiş Livan ermənisi olub. Həmin ölkədəki vətəndaş müharibəsində iştirak etmiş Monte vətəndaş müharibəsi illərində gecələr olduqca məxfi şəkildə homoseksual həyat tərzi keçirir, gündüzlər isə “kişi”ləşərək döyüşürmüş.

Onun Livandakı sevgilisinin kimliyi açıqlanmasa da, bu “eşq macərası”nın livanlı batalyon komandirininin öldürüldüyü günə qədər davam etdiyi bildirilir.
Qeyd edək ki, erməni fəalları, gənclər, həm xarici mətbuatın, həm də müharibə veteranlarının Montenin “eşq” macəraları barədə faktların yerli mediaya, sosial şəbəkələrə sıxmasına hər vəchlə mane olmağa çalışırlar. Amma şübhəsiz ki, bütün sirlər gec-tez açılır, o cümlədən Melkonyanın da əxlaqsız həyat tərzinə dair məxfiliklər.

Erməni fəalları bir müddət Montenin 12 il eşq macərası yaşadığı, lakin evlənmək niyyətində olmadığı Seda Qpranyan ilə münasibətlərinə diqqət çəkdilər. Qeyd edək ki, cütlük 1979-cu ildən 1991-ci ilə qədər eşq macərası yaşayıb. Sonda Monte Sedanın ailəsinin tələbi ilə münasibətlərini rəsmiləşdirməyə məcbur olub. Yeri gəlmişkən, araşdırmalar zamanı məlum olur ki, Monte qızla “sevgi” macərasına başlayanda Seda uşaq yaşlarında imiş. Qəribədir ki, ailə qurmaq üçün yaşı çatmayan qıza “sevgi” etirafını edən Monte bundan əvvəl Livandakı “macərasını” unutmuşdu. Yeri gəlmişkən, bu məsələdə Melkonyanın pedofil olmasına dair şübhəli məqamlar da özünü göstərir.

Qızın ailəsinin tələbindən sonra 1991-ci ilin avqustunda Seda ilə toyunu edən Monte az sonra Dağlıq Qarabağa gələrək burda döyüşür. Və ... köməkçisi ilə yeni sevgi macərasına başlayır...

Qeyd edək ki, Publika.az hazırda Fransada yaşayan erməni veteranı Ruben Siropyan Monte Melkonyanın kişi sevgilisinin Seyran Arutunyan olduğunu təsdiqləməsi barədə yazını təqdim edib - http://new.teleqraf.com/p/127251.

Melkonyanın “əri” “Aram” ləqəbli Seyran Arutunyan haqda faktları təqdim etdiyimizdən bu dəfə təfərrüata varıb təkrarçılıq etmək istəmirik. Təfərrüata varmaq istədiyimiz məsələ Melkonyanın homoseksual olması barədə faktların ortaya çıxmasından sonra onun arvadı Sedanın ərinin homoseksuallara rəğbətini etiraf etməsidir. Belə ki, Sedan müsahibələrindən birində Montenin geylərə normal münasibət bəslədiyini boynuna alıb. Onun sözlərinə görə, Monte homoseksuallara hər zaman “mülayim” rəftar bəsləyib.

“O, azlıqların, o cümlədən homoseksualların hüquqlarının müdafiəçisi idi”- deyə Montenin keçmiş arvadı bildirib.
Bu arada digər maraqlı fakt da diqqəti cəlb edir. Məsələ burasındadır ki, erməni geyləri Ermənistanda və ölkədən kənarda aksiyalar keçirəndə mərhum yoldaşlarını unutmur, onu daim yad edirlər. Bunu homoseksualların aksiyalara üzərində Montenin şəkli olan paltarlarla gəlməsi, habelə, aksiyalarda “Avo” – deyə qışqırmaları da sübut edir. Bununla yanaşı, erməni geylərinə məxsus saytlar tez-tez Monteyə müraciət edirlər.

Bütün bunlar əxlaqsız həyat tərzi keçirmiş və Qarabağda terrorçuluqla məşğul olmuş Montenin erməni cəmiyyətində nüfuzdan düşməsinin əsas səbəblərindən biridir. İndi ermənilər “Avo”nu qəhrəman kimi görmədiklərini etiraf edirlər. Məsələn Nana Arakeliyan bildirir ki, Montenin qəhrəman olduğunu demək əslində heç nə deməməkdir. Başqa bir erməni Erik Aproyan isə onun gey olmasına təbii yanaşdığını deyir. Karen Stepanyan isə eşitdiklərindən heyrətlənidiyini gizlətməyib.

Maraqlı cəhət burasındadır ki, ermənilərlə birlikdə Monteni tərk etmiş keçmiş arvadı Seda da daha əvvəlki kimi ərini yada salmır.

O, Montenin dostuna ərə gedib. Qadının bununla bağlı etiraflarını erməni gəncləri “Sənə yazığım gəlir”- reaksiyası ilə qarşılayıblar. Qeyd edək ki, Sedanın Montenin dostu ilə intim münasibətləri haqda xəbərlər hələ Melkonyanın sağlığında yayılmışdı. Qadın terrorçu ərinin Qarabağda öldürülməsindən sonra Montenin dostuna ərə getməklə istər-istəməz söylənilənlərin həqiqətə uyğun olduğunu təsdiq etdi.
Ermənilərin “milli qəhrəman”ı, homoseksual Melkonyan haqda ŞOK FAKTLAR – FOTO/VİDEO
Ermənilərin “milli qəhrəman”ı, homoseksual Melkonyan haqda ŞOK FAKTLAR – FOTO/VİDEO
Ermənilərin “milli qəhrəman”ı, homoseksual Melkonyan haqda ŞOK FAKTLAR – FOTO/VİDEO
Ermənilərin “milli qəhrəman”ı, homoseksual Melkonyan haqda ŞOK FAKTLAR – FOTO/VİDEO
Ermənilərin “milli qəhrəman”ı, homoseksual Melkonyan haqda ŞOK FAKTLAR – FOTO/VİDEO