Türkiyədə ölüm hökmü bərpa olunur - Ərdoğan anons verdi
1 158
Türkiyə parlamenti ölüm hökmünün bərpa olunmasına dair qanun layihəsini qəbul etməzsə, ölkədə referendum keçirilə bilər
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, parlament təsdiqləyərsə, ölüm hökmünün geri qaytarılmasını təqdir edər: "Belə dəyişikliklər konstitusiyaya düzəlişlər tələb edir. Biz bu məsələ ilə bağlı referendumun keçirilməsinə təşəbbüs göstərə bilərik, əgər bu, parlament tərəfindən qəbul edilməzsə. Xalq ölüm hökmünün geri qaytarılmasına səs verərsə, o zaman məsələ bağlanacaq".
Qeyd edək ki, Türkiyədə son ölüm hökmü 1984-cü ildə icra olunub. 2004-cü ilin mayında Avropa İttifaqına daxil olmaq üçün standartlara uyğunlaşmaq məqsədi ilə bu hökm ləğv olunub.