backend

Ərdoğanın qızına qarşı sui-qəsd – Gülən onun ölüm hökmünü verdi

Ərdoğanın qızına qarşı sui-qəsd – Gülən onun ölüm hökmünü verdi
















Türkiyənin dövlət sirlərini "Twitter"-də yayan "FuatAvni" adlı şəxsə aid olduğu bildirilən hesabda Sümeyyə Ərdoğana qarşı sui-qəsd planlaşdırıldığı məlum olub

qaynarxett.az Avropa.info-ya istinadən xəbər verir ki, iddialara görə Fəthullah Gülən prezident Ərdoğanın qızı Sümeyyə Ərdoğan üçün ölüm hökmü verib.

Qanlı plan Fuat Avni hesabı vasitəsilə yazışan Əmrə Uslu tərəfindən Cumhuriyyət Xalx Partiyasının (CHP) üzvü Ümid Orana çatdırılıb. Həmin yazıda belə deyilir: "Tayyib qızıyla məşğul olarkən siz də seçki məsələlərinə yönəlin".

Türkiyə kəşfiyyatının apardığı araşdırmalar zamanı Uslunun Orana "Hocaəfendiylə danışdım büdcədə problemimiz yoxdur, sizə istədiyiniz qədər pul verərik amma seçkilərdə qələbə çalın. İsrailin, ABŞ-ın qarşısında yalançı çıxmayaq" deyə yazdığı bildirilir.

Məlumatda həmçinin bildirilir ki, yanvar ayının sonlarında baş tutan danışıqlarda sui-qəsd planını həyata keçirəcək şəxsin Amerikadan gələcəyi bildirilir.

Sui-qəsdi həyata keçirəcək şəxsə məlumatları isə "paralel dövlət"-in Sümeyyə Ərdoğanın cangüdənləri arasına yerləşdirdiyi adamı verəcək.