Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müavini Bülənt Arınç mətbuat nümayəndələrinin suallarını cavablandırıbqaynarxett.az virtualaz.org saytına istinadən xəbər verir ki, B.Arınça verilən suallardan biri də “Gülən camaatı”nın lideri Fətullah Gülənin ölüb-ölməməsi haqda olub.
B.Arınç bu suala təəccübünü gizlətməyib. Ərdoğanın müavini suala belə cavab verib: “Məni çox təəccübləndirdiniz. Əgər aprelin 1-i olsaydı, zarafat etdiyinizi düşünərdim. Bunu ilk dəfə eşidirəm və ciddi olduğuna inanmıram”.
B.Arınç bu xəbərin hansı mətbuat orqanında çıxdığını soruşub. Jurnalist “Egenin sesi” qəzetində bu haqda xəbərin yer aldığını deyəndən sonra B.Arınç bu xəbərin ciddi olmadığını qətiyyətlə bildirib.
“Bu xəbərin dəqiq olmadığına əmin oldum. Allahım, sən bizim ağlımızı qoru” - deyə B.Arınç cavab verib.