backend

Hamını şoka salan VİDEO : Ana doğum evində körpəsini boğdu.

Hamını şoka salan VİDEO : Ana doğum evində körpəsini boğdu.
Samsunda baş verən dəhşətli olay Türkiyədə hamını sarsıdıb. Ana doğma balasını əlləri ilə boğmaq istəyib.

QAYNARXETT.İNFO-nun Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, samsunlu qadın bundan öncə də iki xəstə doğulmuş qız uşaqlarını boğaraq qətlə yetirib. Haqqında cinayət işi açılan cani anaya 24 ilə qədər həbs cəzası istənilib. Həbs olunan qadının cinayəti xəstəxana otağındakı kameralar tərəfindən lentə alınıb. Ərinin baş verənlərlə bağlı şikayətçi olmadığını görüncə, cani ananın əqli cəhətdən sağlam olmadığı qənaətinə gəlinib və o, müayinəyə göndərilib.

Araşdırma zamanı qadının xəstə doğulan uşaqlarından birini beşikdə yatarkən, digərini isə televizora baxarkən öldrüdüyü üzə çıxıb.

Üçüncü uşaqları da xəstə doğulunca, qadın onu da əli ilə ağzını qapadaraq boğmaq istəyib. Xəstəxananın personalı kamera vasitəsilə qadının vəhşiliyini görərək onu polisə təslim edib.