backend

ŞOK OLAY/video/: İsrail parlamentində AZAN oxundu - AZAN qadagasına etıraz

ŞOK OLAY/video/: İsrail parlamentində AZAN oxundu - AZAN qadagasına etıraz

İsrail parlamentinin ərəb əsilli deputatı Əhməd Tiybi ölkədə səsgücləndiricilər vasitəsilə azanın qadağan edilməsinə özünəməxsus formada etiraz edib.

Axar.az xəbər verir ki, bu barədə Fələstin mediası məlumat yayıb.

Qurani-Kərim və İncildən ayələr oxuyan Tiybi əsl təxribatçının İsrail Baş naziri Benyamin Netanyahu olduğunu bildirib:

“Əsl təxribatçı və gurutlu yaradan Netanyahudur. O, müsəlmanlara qarşı islamafobik kampaniya aparır. Azan bu vətənin həqiqətidir və ayrılmaz hissəsidir.

Biz də cümə və şənbə günləri şofarla oxunan səslərdən və xüsusi bayramlarınızda tətbiq etdiyiniz məhdudiyyətlərdən narahatlıq keçiririk. Lakin biz etiraz edib, dini rituallarınıza qarışmırıq. İsrail əsgərləri “Allahu Əkbər” deyənlərin üzərinə itlərlə hücum edir. O zaman Allah sizdən böyük demişdim. Yenə də deyirəm: Allah sizdən böyükdür və sizin itə bənzər xarakterinizdən çəkdiklərimiz nədir görəsən?”

Qeyd edək ki, İsrail cəmiyyətində narahatlıq yaratması səbəbindən azanın səsgücləndiricilər vasitələrlə oxunmasının qadağan edilməsi ilə bağlı Knessetdə qətnamə qəbul edilmişdi.

Həmin qətnamənin İsrailin digər dövlət qurumları tərəfindən təsdiqlənməsi gözlənilir.