backend

İsrail İsveç XİN rəhbərini arzuedilməz şəxs elan edib

İsrail İsveç XİN rəhbərini arzuedilməz şəxs elan edib



İsrail hökuməti İsveç XİN rəhbəri Marqot Valstremi mübahisəli ərazidə fələstinlilərin öldürülməsi hallarının araşdırılmasına dair etdiyi çağırışa görə ölkədə arzuedilməz şəxs elan edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İsrail bu cür mövqeni İsveç XİN rəhbərinin bölgədəki vəziyyəti tam anlamadığından irəli gəlməsi ilə əlaqələndirib.

“Valstremin bu cür şərhi onun bölgədəki hadisələri anlamamasına, İsrail vətəndaşlarının üzləşdiyi çətin vəziyyəti və terror təhlükəsini dərk etməməsinə işarə verir”, deyə İsrail XİN məlumatında qeyd olunur.

Bundan əvvəl İsrail XİN rəhbərinin müavini Aviv Şeron İsveç səfiri Karl Maqnus Nesserlə görüşərək Marqot Valstremin açıqlaması ilə əlaqədar XİN-in etirazını bildirib.