backend

QÜDRƏT HƏMİDOVU HİMAYƏ EDƏN KİMDİR ?

QÜDRƏT HƏMİDOVU HİMAYƏ EDƏN KİMDİR ?













Qəbələ Suvarma Sistemləri İdarəsinin əsas funksiyası rayonda 16 min hektar əkin sahəsinin suvarılmasını, əsas su kanalları və arxların lil və çöküntülərdən təmizlənməsini, yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi üçün tədbirlərin görülməsini həyata keçirməkdir. Ancaq rəis Qüdrət Həmidovun yarıtmaz idarəçiliyi ucbatından bu idarə rayonun iqtisadiyyatının inkişafına töhfə verə bilmir. İdarənin balansında olan texnikanın, maşın — mexanizmlərin çoxu nasaz vəziyyətdə olsa da, onlara yanacaq silinir, sürücülərinin maaş kartlarının da harada olmasını rəis özü və aş mühasibi bilir. Köhnəlmə adı ilə balansdan silinən texnika ayrı-ayrı şəxslərə satılaraq pulu mənimsənilir. Maşın — mexanizmlər kənar şəxslərə qeyri-rəsmi icarəyə verilir, korporativ maraqların ödənilməsinə xidmət edir. Meliorasiya və irriqasiya tədbirləri üçün dövlət büdcəsindən ayrılmış vəsaitin çox hissəsi həmin tədbirlərə deyil, başqa xərc maddələrinin ödənilməsinə sərf edilir. İdarənin kommersiya fəaliyyətindən əldə etdiyi vəsait hesabına satınalma keçirilmədən böyük kəmiyyətlərlə ifadə olunan məbləğlərdə mal-material alınıb. «Keçirilmiş» kimi göstərilən satınalmalarda isə maliyyə göstəriciləri və texniki imkanları qənaətbəxş olmayan oyuncaq firmalar qalib çıxarılıb. Bildirilir ki, SSİ rəisinin «centlmen sövdələşməsi» apardığı belə daimi tərəf müqabillərindən biri də rayonda nüfuzu və hədsiz dərəcədə böyük kapitalı ilə seçilən bazar yiyəsi Rəfail Rəsulovdur. İdarə tərəfindən Vergi Məcəlləsinin tələblərinə əməl edilməyərək vergitutma məqsədləri üçün mənfəət məbləği azaldılır, vergi tutulan əməliyyatların aparıldığı vaxt düzgün müəyyən edilməyərək ƏDV gec hesablanır, bu isə hesablanmış ƏDV məbləğinin dövlət büdcəsinə vaxtında ödənilməməsinə səbəb olur. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Qəbələ Suvarma Sistemləri İdarəsinin fəaliyyətindən narazı qalan fermerlərin KİV-ə çıxan şikayətlərindən bəlli olur ki, texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. Kənd təsərrüfatı məhsulları istehsalçılarının getdikcə artan etirazlarının bir səbəbi də budur ki, melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə, keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. Bütün bu neqativ halların (yumşaq ifadədir) səbəbi isə rəis Qüdrət Həmidovun öz üzərinə düşən vəzifənin öhdəsindən gələ biməməsi, yaxud da vəzifədən sui-istifadə etməsidir. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, su istifadəçiləri arasında ayrı-seçkiliyə yol verirlər. Qüdrət Həmidovun fəaliyyətində şəffaflığı təmin etmədiyinin bir sübutu KİV-lə əlaqədən yayınması, jurnalistlərdən gizlənməsidir. Görünür, rəis bilir ki, cavablandıra bilməyəcəyi suallar çoxdur və onları eşitməkdən çəkinir. Bəs görəsən hörmətli Əhməd Əhmədzadə və oğurlanıb mənimsənildiyi Dövlətin Prokuroru necə,Qüdrət Həmidovun bu maxinasiyalarından xəbərləri varmı?

Habil

Mövzunu davam etdirəcəyik.