backend

QƏZET QƏRƏZLİ MÖVQE TUTUR - Təkzib

QƏZET QƏRƏZLİ MÖVQE TUTUR - Təkzib

"ƏDALƏT TRiBUNASI" qəzetində BAKI ŞƏHƏRI 284 saylı körpələr evı -uşaq baxcası haqqında tənqidi yazı dərc olunmuşdur.Tənqidi yazıda baxca müdırəsınin rüşvnətxorluğu ön plana çəkilərək valideynlərindən rüşvət tələb etdiyi qeyd olunur. Bildirilir ki, baxcada təlim - tərbiyə işləri aşağı vəziyyətdədir.Baxcada bütün işlər bərbad haldadır.

Baxca müdirəsi Zümrüd Quliyeva bu barədə Qaynarxett.az-a ətraflı məlumat verib: "Bildirmək istəyirəm ki, tənqidi məqalədə göstərilən faktlar tamamilə uydurma, şər və böhtandandır. İnformasiya verən mənbə göstərilmədiyi halda həmən qəzet qərəzli mövqe tutaraq bizim uğurlu fəaliyyətimizə kölgə salır. Əvvəla qeyd edim ki, Sabunçu rayon İcra Hakimiyyətinin, xüsusilə İH Başcısınin diqqət və qaygısını həmişə üzərimizdə hiss edirik. Biz rayonda kecirilən tədbirlərdə yaxından iştirak etməklə adımız həmişə qabaqcıl məktəbəqədər müəssisələri sırasında cəkilir. Belə oldugu halda yazıda qeyd olunur ki, guya mən valideynlərdən hər ay 50 manat rüşvət alıram,baxca öz əvvəlki şöhrətini itirib, yəni əvvəlki təlim-tərbiyə işinin keyfiyyəti aşağı düşüb. Guya mən hər ay valideynlərdən, hətta müəllimə və tərbiyəcilərdən belə pul yığıram. Bu qədər yalan olar? Bir daha qeyd edirəm ki, məqalədə göstərilən faktlar tamamilə əsassızdır, kimlərinsə sifarisi ilə yazılıb. Araşdırma aparmadan qərəzli mövqe tutaraq fəaliyyətimizə kölgə salacaq yazılar dərc etmək jurnalıst peşəsinə yaraşmır. Jurnalist qələminə hörmət etməlidir, ağı-ağ, qaranı-qara yazmalıdır."