backend

TƏCİLİ: Türkiyədə OLKƏ QARIŞDI - CHP-nin mitinqi dağıdıldı - deputatlar xəsarət aldı - VİDEO

TƏCİLİ: Türkiyədə OLKƏ QARIŞDI -  CHP-nin mitinqi dağıdıldı - deputatlar xəsarət aldı - VİDEO

Türkiyədə konstitusiyaya dəyişikliklərlə bağlı planlaşdırılan referenduma etiraz olaraq, müxalif deputatlar aksiya keçiriblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, icazəsiz aksiya zamanı CHP üzvləri Güven parkdan Türkiyə Böyük Millət Məclisinin binasına yürüş təşkil etmək istəyiblər. Yürüşdə iştirak edənlər arasında millət vəkilləri Segiz Tanrıkulu, Eren Erdem, Aykut Erdoğdu və Mahmut Tanal da olub.

Hakim Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyasının birgə hazırladıqları dəyişikliklər paketinin bu il aprelin 23-də ümumxalq səsverməsinə çıxarılması planlaşdırılır.

Polis aksiyaya su şırnaqları və gözyaşardıcı qazla müdaxilə edib. Olay zamanı millət vəkilləri xəsarət alıb.


[media=blob:http://www.dailymotion.com/632e9bd4-052b-43e9-9dd2-05d057a5ee2f]