backend

Dünyaya qan udduran ən zalım liderin başı Azərbaycana gətirildi - VİDEO

Dünyaya qan udduran ən zalım liderin başı Azərbaycana gətirildi - VİDEO"Bozbash Pictures" komandasının birlikdə ərsəyə gətirdiyi "Stalinin başı" adlı filmin yeni treyleri çıxıb.
Publika.az xəbər verir ki, filmdə Şəmi obrazını canlandıran İlkin Həsəni rəsmi treyleri sosial şəbəkədə paylaşıb.
İlkin Həsəni bizə verdiyi açıqlamada bildirib ki, filmin adının "Stalinin başı" seçilməsi təsafüfi deyil: "Bütün əvhalatlar Stalinin büstü ətrafında baş verir. Filmin mövzusu da Stalinlə bağlıdır. Belə ki, filmin qəhrəmanları illər əvvəl Stalinin ata-baba yurdunda miras qoyduğu, böyük həcmdə gizlədilən qızıllarının axtarışına çıxacaq. Əsas hadisələr də bunun üzərində cərəyan edəcək. Ən maraqlısı isə bu dəfə onlar komanda şəklində deyil, bir-biriləri ilə mübarizə aparacaq".
Məlumat üçün bildirək ki, quruluşçu rejissorluğunu Emil Abdullayevin etdiyi filmin çəkilişləri həm Azərbaycanda, həm də Gürcüstanın tarixi Qori şəhərində aparılıb. Ekran işində İlkin Həsəni ilə yanaşı Elşən Orucov, Ramil Babayev, Nicat Rəhimov, İlkin Misgərli, Ənvər Abbasov və başqaları rol alıb. Tammetrajlı macəra komediyası olan "Stalinin başı" martın əvvəllərində tamaşaçıların ixtiyarına veriləcək.
Film "İLK Media" və ATV-nin birgə istehsalıdır.