backend

Qanlı Tabut keçmişə dönüş adlı qısametrajlı filmin təqdimatı oldu

Qanlı Tabut keçmişə dönüş adlı qısametrajlı filmin təqdimatı oldu
Qanlı Tabut keçmişə dönüş adlı qısametrajlı filmin təqdimatı oldu
“Caspian Business Center”də "MAN cinema production"- nın Xocalıya həsr etdiyi "QANLI TABUT keçmişə dönüş" adlı qısametrajlı filmin təqdimatı keçirilib.
Mərasimdə Azərbaycan ictimai-siyasi xadimləri daxil olmaqla xeyli sayda insan iştirak edib.
Tədbirdə çıxış edən araşdırmaçı yazar Zaur Tahirsoy Filmin əhəmiyyətindən bəhs edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması baxımından önəmini vurğulayıb.
Psixoloq Aytən Ələkbərova qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən 25 ildən artıqdır işğal edilib və təəssüflər olsun ki beynəlxalq qurumlar bu məsələyə lazımı diqqəti göstərmir. Bildirilib ki, "QANLI TABUT keçmişə dönüş" filmində münaqişə haqqında obyektiv məlumat verilir və Azərbaycana qarşı edilən ədalətsizlik lazımı səviyyədə işıqlandırılır.
Polad Aslanov filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib. Tarixə nəzər salan Polad Aslanov, Dağlıq Qarabağ münaqişəsi zamanı bölgədəki geosiyasi vəziyyət haqqında məlumat verib, problemin yaranmasına təsir edən amilləri təhlil edib. Ölkəmizə qarşı bu amansızlığı törədənlər beynəlxalq hüquq normaları çərçivəsində cəzalarını almadığı müddətdə Azərbaycanın qətiyyətli mövqeyindən dönməyəcəyi vurğulanıb.
Filmi yüksək qiymətləndirən Polad Aslanov , münaqişə haqqında ətraflı məlumat almaq istəyənlər üçün əhəmiyyətli ekran əsəri olduğunu bildirib.
Sonra "QANLI TABUT keçmişə dönüş" adlı qısametrajlı film nümayiş etdirilib.