backend

İsrailin ölümcül oxlardan istifadə etdiyi üzə çıxdı

İsrailin ölümcül oxlardan istifadə etdiyi üzə çıxdı


Beynəlxalq Əfv Təşkilatının Qəzzada apardığı araşdırmalara əsasən, İsrail mülki vətəndaşların çox olduğu yerlərdə təkcə ağ fosfor bombasından deyil, eyni zamanda tanklardan atılan minlərlə zəhərli oxlardan da istifadə etdiyi məlum olub.


Təşkilatın verdiyi açıqlamalara görə, İsrailin zəhərli oxlardan istifadə etməsinin səbəbi verdiyi zərəri az göstərməklə daha çox can almaqdır.

100 ilə 300 metr məsafəyə qədər atıla bilən 12 millimetrlik bir tank mərmisinin içərisində olan oxların sayı beş min ilə səkkiz min arasındadır.

Xatırladaq ki, Beynəlxalq Əfv təşkilatını verdiyi məlumatda zəhərli oxların təsirindən ölənlərin sayının heç də az olmadığı bildirib.