backend

SON DƏQİQƏ: Metronu zəhərli qaz bürüdü, aləm bir-birinə qarışdı - huşunu itirənlər var - FOTO, YENİLƏNİR

SON DƏQİQƏ: Metronu zəhərli qaz bürüdü, aləm bir-birinə qarışdı - huşunu itirənlər var - FOTO, YENİLƏNİR
..
.Qatarların hərəkəti dayandı

Metropolitendən verilən məlumata görə, hazırda qatarların hərəkəti bərpa olunub. Qatarlar hərəkətini normal qrafiklə davam etdirir.

Hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

saat 20:40

Son məlumata görə, hazırda "İçərişəhər" stansiyasından "Həzi Aslanov"a doğru qatarların hərəkəti dayanıb. Sərnişinlərdən daxil olan məlumata görə, tuneldən tüstü yayılır. Metronun "28 May" stansiyasının girişi bağlanıb. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım maşınları cəlb olunub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin İstiPress-ə verdiyi məlumata görə, hadisə "28 may" və "Gənclik" metro stansiyaları arasında baş verib. Hazırda mütəxəssislər tüstünün mənbəyini müəyyənləşdirir. Sərnişinlər üçün təhlükə olmadığı bildirilir.
.
.
SON DƏQİQƏ: Metronu zəhərli qaz bürüdü, aləm bir-birinə qarışdı - huşunu itirənlər var - FOTO, YENİLƏNİR