backend

MİRDAMƏT SADIQOVUN NOVRUZ TƏBRİKİ

MİRDAMƏT SADIQOVUN NOVRUZ TƏBRİKİIsmayıllı Rayon İcra Hakimiyyəti başcısı Mirdamət Sadıqov müqəddəs Hovruz bayramı münasibətiylə İsmayıllı əhalisini, o cümlədən Azərbaycan xalqını təbrik etdi

Təbrikdə deyilir:

"Əziz İsmayıllılar!

Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Müqəddəs Novruzu ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma bayram olan Novruzu dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımız ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər.
Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir. Əcdadlarımızın müqəddəs yadigarı kimi bu bayram təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir. Zəngin mənəviyyatımız və düşüncə dünyamız, yüksək əxlaqi keyfiyyətlərimiz və həyata nikbin baxışımız Novruz mərasimlərimizdə bütün rəngarəngliyi ilə dolğun təcəssümünü tapmışdır.

Novruzun gəlisi İsmayıllılar üçün də sosial-iqtisadi sahədə qazanılan uğurlarla əlamətdardır.Ölkəmizdə gedən sürətli inkişaf proseslərindən faydalanan payon sakinləri iqtisadiyyatin butun sahələriədə dinamik inkişafa nail olmusalar. Burada aparılan genişmiqyaslı abadlıq və quruculuq tədbirləri sayəsində infrastruktur yenidən qurulur, əhalinin məişət şəraiti yaxşılaşır, yaşayış səviyyəsi müasir tələblərə cavab verir. Möhtərəm Prezidentimiz İlham Əliyevin təsdiqlədiyi Dövlət proqramlarının müvəffəqiyyətlə icra edilməsi nəticəsində İsmayıllı rayonunda da həyat canlanmış, abadlıq, quruculuq işləri genişlənmiş, müasir infrastruktur yaradılmışdır. İqtisadiyyatda qazanılan uğurlar makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaratmışdır.

“Əziz həmvətənlər!

Min illərin yaddaşından gələn Novruz Bayramınız mübarək!
Bahar Bayramı Xalqımızın tarixə bəxş etdiyi ümum bəşəri bayramlardan biridir.
Bahar Bayramının kimin olması deyil, kimin bu bayramdan daha çox yararlanması önəmlidir.

Min illik tarixə malik Bahar Bayramının Azərbaycanda qeyd olunmasının yasaqlandığı vaxtlar da olmuşdur. Bahar Bayramını, milli ənənələrimizi, törələrimizi bərpa etməyə görə də, şəhidlər vermişik. Ötən əsrin 60-cı illərinin sonunda Bahar Bayramını yüksək səviyyədə qeyd etdiyinə görə, Şıxəli Qurbanov qətlə yetirilmişdir.
Milli, dini Bayramlarımız Milli Dirçəliş yolunda qürur mənbəyi olmuşdur.

Torpaqlarımızın azad olunacağı gün uzaq deyil.
2016-cı ilin Aprel Şəhidləri bu günün qələbə pasportlarıdır.

Əziz həmvətənlər!
Hörmətli Bacılar !
Əziz qardaşlar!

Bir daha, hər birinizi Bahar Bayramı münasibəti ilə ürəkdən təbrik edir, bütün ailələrə xoşbəxtlik, ruzi bərəkət, Xalqımıza firavan gələcək, qələbə arzulayıram”.