backend

Süleyman Mikayılovun Qaradağlılara - Novruz təbriki

Süleyman Mikayılovun  Qaradağlılara - Novruz təbriki




Novruz bayramı münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun rayon sakinlərinə təbriki


Əziz Qaradağlılar!

Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Müqəddəs Novruzu ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma bayram olan Novruzu dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımız ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər.
Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir. Əcdadlarımızın müqəddəs yadigarı kimi bu bayram təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir. Zəngin mənəviyyatımız və düşüncə dünyamız, yüksək əxlaqi keyfiyyətlərimiz və həyata nikbin baxışımız Novruz mərasimlərimizdə bütün rəngarəngliyi ilə dolğun təcəssümünü tapmışdır.


Novruzun gəlisi Qaradağlılar üçün də sosial-iqtisadi sahədə qazanılan uğurlarla əlamətdardır.Ölkəmizdə gedən sürətli inkişaf proseslərindən faydalanan payon sakinləri iqtisadiyyatin butun sahələriədə dinamik inkişafa nail olmusalar. Burada aparılan genişmiqyaslı abadlıq və quruculuq tədbirləri sayəsində infrastruktur yenidən qurulur, əhalinin məişət şəraiti yaxşılaşır, yaşayış səviyyəsi müasir tələblərə cavab verir. Möhtərəm Prezidentimiz İlham Əliyevin təsdiqlədiyi Dövlət proqramlarının müvəffəqiyyətlə icra edilməsi nəticəsində Qaradağ rayonunda da həyat canlanmış, abadlıq, quruculuq işləri genişlənmiş, müasir infrastruktur yaradılmışdır. İqtisadiyyatda qazanılan uğurlar makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaratmışdır.


[i]Hörmətli rayon sakinləri! Sizi əziz Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayıram. Həmrəyliyimizin rəmzi bu bayram qoy hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.






Süleyman Mikayılov
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı