backend

TƏCİLİ: Qarabağda ya müharibə olacaq, ya da...

TƏCİLİ: Qarabağda ya müharibə olacaq, ya da...

Cəbhə xəttində baş verən gərginlikdən bir il sonra Qarabağ münaqişəsinin nizamlanması prosesi yenidən təhlükə altındadır. İstiPress-in erməni mətbuatına istinadla bu barədə "Chatham House"da Lourens Broers yazıb. Beynəlxalq ictimaiyyət ya müharibəni gözləməli, ya da diplomatik şok terapiyasını seçməlidir.

Onun sözələrinə görə, ötən il erməni-Azərbaycan dalanındakı sabitliyi bir daha nümayiş etdirdi. "Tərəflərin Vyanada üzərlərinə götürdükləri öhdəliklərlə bağlı mühüm irəliləyiş əldə edilmədi. Cəbhə xəttində gərginlik halları adi hal alıb, sülh prosesi təhlükəli bir boşluqda asılı qalıb, dayanıb", deyə analitik yazır. Lakin müəllif qeyd edir ki, bu günki vəziyyət bir il öncəkindən fərqlənir. "Birincisi, bu günki vəziyyyət bir il öncəkindən daha təhlükəlidir.

Broersin fikrincə, münaqişənin strategiyası araşdırılır, amma sülhün əldə edilməsi üzrə müəyyən strategiya yoxdur. Vyanada əldə edilən razılaşma göstərir ki, beynəlxalq diqqət bir yerə mərkəzləşəndə tərəflər əməkdaşlıq edə bilər. Lakin diqqətsizlik daxili təzyiqlə birlikdə münaqişə tərəflərinin və vasitəçilərin öhdəliklərini yerinə yetirməməsinə gətirib çıxarır.

Onun sözlərinə görə, münaqişəyə lazımi beynəlxalq diqqət və imkanları cəmləmək üçün əhəmiyyətli impuls lazımdır. Bu dinamika isə yeni irimiqyaslı müharibə nəticəsinə yarana bilər və ya zorakılığı yayan yox, qarşısını alan çoxtərəfli təşəbbüsün nəticəsi ola bilər.