backend

Arif, Mübariz və Ədalət ÜCLÜYÜNÜN "Min bir gecə" NAGILI - PARİS QƏLƏT ELƏYİR...

Arif, Mübariz və Ədalət ÜCLÜYÜNÜN "Min bir gecə" NAGILI - PARİS QƏLƏT ELƏYİR...

-Gəl həyatım. Sənə ömründə görmədiyin həzzi yaşadım. Mənimlə olsan peşman olmayacaqsan.

-Bəs nə qədər xərcim çıxacaq?

-Bir saatı 60 manat, yarım saatı 40 manat. Bu pulun içində hamısı var. Masaj, seks və...



"28 May” metrosu yaxınlığındakı masaj salonlarından birində çalışan 21 yaşlı qız arasında baş verib.

Yəqin bildiniz ki, söhbət nədən gedir? Çünki Bakıda masaj salonu adı altında fəaliyyət göstərən fahişəxanaların sayı olduqca çoxdur. Əsasən də, "28 may” metrosu yaxınlığında addımbaşı bu cür obyektlər faəliyyətdədir. Burada hər gün qadınlar masaj adı altında bədənlərini satırlar.

Axşam saatlarıdır. Hava qaralıb. Deyəsən, müştərilərin sayı da getdikcə artır. Kameramızı sazlayıb əvvəlcə bir masaj salonuna enirik. Yaşı 18-dən 40-a kimi olan xanımlar foyedə siqaret tüstülədə-tüstülədə növbəti müştərilərini gözləyirlər. Bekar olanlar üst-başlarına əl gəzdirir, növbəti müştərinin "gözünə girməyə” çalışırlar. Bəziləri isə zarafatlarından qalmır, diqqət çəkmək üçün arabir ucadan gülürlər. Öyrənirik ki, burada bir "masaj" seansının qiyməti 50-60 manatdır. Burada çalışanların dediyinə görə, həmin pulun 25-30 manatı onların özünə, yarısı isə buranın sahibinə çatır. Qızlara müştəridən nömrə almaq, nömrə vermək qadağası qoyub. Səbəbsə odur ki, müştəri növbəti dəfə xidmətdən istifadə etmək üçün yenidən eyni məkana gəlsin. Yəni həmin qızı harasa dəvət etməsin.

Lakin müştəri kimi içəri girdiyimizə görə 21 yaşlı Lola (şərti ad) ilə söhbətə başladıq. Öyrəndik ki, Lola gündə 25-30 müştəri qəbul edir. Həm gənc, həm də gözəl olduğu üçün digər qızlardan fərqli olaraq ona daha çox yaxınlaşırlar. İş o yerə çatıb ki, Lola bəzən öz müştərilərini digər xanımlar üçün düzəldir. Əvəzində isə hər qızdan əlavə olaraq 10 manat götürür. Lola bu pulu siqaretpulu adlandırır.

Söhbət zamanı Lolanın çəkdiyi siqaretin tüstüsü ilə üstünə vurduğu ətirin iyi qarışıb insanı birtəhər edirdi. Üstəlik yarıçılpaq bədəni və sinəsini gözə soxan Lola müştərini daha tez ələ almağı bacarır.

Qızlar müştəriləri salonun ikinci mərtəbəsinə qaldırırlar. Orada şəraiti olmayan otaqlarda köhnə çarpayının üstündə uzanan müştərilər qızların ehtiraslı hərəkətlərini seyr etdikcə ağılları başdan olur. "Masaj”çi xanımlar daqa bundan istifadə edərək müştərini şirin dilə tutur və daha çox pul istəyirlər. Əlavə 10-20 manat qopardıqdan sonra isə müştərini birtəhər razı salmağa çalışırlar. Seksdən sonra müştəriyə duş almaq üçün şərait də yaradılır.

Qeyd edək ki, bura gələnlərin əksəriyyəti gənclərdir. Lakin bəzən yaşlı kişilərin də yolu bura düşür.

Həmin ərzidə isə demək olar ki, 10-dan çox belə obyekt var. Lakin onların hamısında qiymətlər 60 manatdan 35 manata qədərdir. Burada adi suyu 2 manata, digər 1 manatlıq içkiləri isə 5-10 manata satırlar. Əgər müştəri spirtli içki istəyərsə, onda onun azı 20 manat xərci çıxacaq.

Çətini müştəriləri bura çəkib gətirməkdir. Sonrası isə qızların öz "fərasəti"nə qalır. Qızlarda ki, müştərilərini razı salmaq üçün min hoqqadan çıxırlar. Görəsən burada çıxarılan oyunlardan müvafiq qurumların xəbəri varmı?

Arif, Mübariz və Ədalət ÜCLÜYÜNÜN "Min bir gecə" NAGILI - PARİS QƏLƏT ELƏYİR...
Arif, Mübariz və Ədalət ÜCLÜYÜNÜN "Min bir gecə" NAGILI - PARİS QƏLƏT ELƏYİR...

Etibarlı mənbədən əldə etdiyimiz məlumatda bildirilir ki, dövlət tərəfindən qadınların cinsi istismara məruz qaldıqları bu tip obyektlərə qadağa qoyulub və cinayət məcələsində də bu qanunla öz əksini tapmışdır.

Qanunla qadağan olunmasına baxmayaraq "28 may" metrosu yaxınlığında fəaliyyətdə olan bu əxlaqsızlıq yuvalarını Mübariz və Ədalət adlı "sahibkarlar" işlədir. Onlar arxalarında hansısa vəzifə sahibınindayandıgını bildirərək vergi, polis, və digər dövlət qrumların obyekti yoxlanılmasından "yan" kecirlər.

Təəbii ki, Mübariz və Ədalət adlı şəxslər əraziyə nəzarət edən 22-ci polis bölməsinin "gözü" qarşısında obyektlərini rahat şəkildə işlədə bilməzlər.Yoxsa burada hər bir müştəriyə ən təhlükəsiz, sərbəst ola biləcəyi, istədikləri xanımla istədiklərini edə biləcəyini - "məkan bizim məkandı", deməzlər.

Masaj adı altında bir gecədə 3000-5000 manat gəlir əldə edərək vergidən yayınmağın yolarını da tapıblar. Obyekt gündüz saat 10:00-dan axşam 18:00-a kimi iş fəaliyyəti qeydiyyata alınmış göstərilsə də az qala 24 saat fəaliyyətdə olur.

Araşdırmamızdan məlum oldu ki, bu obyektlərin əsil sahibi Arif adlı şəxsdir. O insan alverindən əldə etdiyi gəlirlərlə şəhərdə yeni masaj salonları açaraq fəaliyyətin genişləndirməkdədir. Biznesini o qədər genişləndirib ki artıq obyetlərdə bədənlərin satacaq qizlar tapa bilməyən Arif və Mübariz cütlüyü köhnə varyantlarına əl ataraq rayondan bakirə qızları aldadıb iş adıyla buraya gətizdirlmək hiyləsinə baş vururlar.

Qeyd edək ki, bu obyektlərin çox hissəsi yaşayış masivində olduğundan sakinlərin şikayətləri dayanmaq bilmir.

Dəyərli oxucularımız video-aperatorumuzun cətinliklə lentə aldıgı gizli video-sueti yaxın saatlarda sizə təqdim edəcəyik. BİZİ İZLƏYİN!!!


Qaynarxett.az


Arif, Mübariz və Ədalət ÜCLÜYÜNÜN "Min bir gecə" NAGILI - PARİS QƏLƏT ELƏYİR...
Arif, Mübariz və Ədalət ÜCLÜYÜNÜN "Min bir gecə" NAGILI - PARİS QƏLƏT ELƏYİR...
Arif, Mübariz və Ədalət ÜCLÜYÜNÜN "Min bir gecə" NAGILI - PARİS QƏLƏT ELƏYİR...