backend

Bakıda “Massaj salonu” adı altında fahişəlik - VIDEO

Bakıda “Massaj salonu” adı altında fahişəlik - VIDEO


























Obyekt sahibləri 22-ci polis bölməsinə haqq verərək fəaliyyət göstərdiklərini bildirirlər

Bakının gecələri deyiləndə göz önündə ilk öncə masaj salonu, disko, bar, kazino kimi yerlər canlanır. Bakı gecələri minbir gecə nağılından hal-hazırda heçnə ilə fərqlənmir. Bakının girəcəyindən çıxacağına qədər ya masaj salonlarıdı ya kazinolardır. Hansı ki, masaj adı altında əxlaqsızlıq, fahişəliklərin tuğyan etdiyi bu məkanlar cəmiyyətin bir başa təməli dayağıvurulan zərbələrdi.

Etibarlı mənbədən əldə etdiyimiz məlumatda bildirilir ki, dövlət tərəfindən qadınların cinsi istismara məruz qaldıqları bu tip obyektlərə qadağa qoyulub və cinayət məcələsində də bu qanunla öz əksini tapmışdır.

Qanunla qadağan olunmasına baxmayaraq bir qrup şəxslər hansı ki "28 may" metrosu yaxınlığında fəaliyyətdə olan etibarlı mənbənin adlarını öyrəndiyi bir qrup şəxslər Mübariz və Ədalət adlı sahibkarlar özlərini yüksək vəzifə sahiblərinin arxalarında olduqunu bildirərək vergi, polis, və digər dövlət qrumlarını qorxuzaraq obyekti yoxlanılmasına macal vermirlər.

Bu şəxslərin fəaliyyətini araşdıran etibarlı mənbə Mübariz və Ədalət adlı şəxslərin məhs insan alverindən əldə etdikləri gəlirlə əraziyə nəzarət edən 22-ci polis bölməsinə haqq verərək açıq-aşkar fəaliyyətdə olduqlarını və obyekt sahiblərinin polisdən heç bir qorxularının olmadıqlarını bildirən obyekti gecələr işlədən xanım bildirib.
Bu masaj salonu adı altında mənəviyyatımızın təməl dayaqlarına zərbələr vuranlar dövlətin heç bir qrumundan çəkinmədən açıq aşkar İnsan alverinin tuğyan etdiyi bir şəhər yaratmaqdadırlar. Onlar gəncliyi zəhərləyib məhv etmələri az deyilmiş kimi masaj adı altında bir gecədə 3000-5000 manat gəlir əldə edərək vergidən də yayınmağın yoların tapıblar. Obyekt gündüz saat 10:00-dan axşam 18:00-a kimi iş fəaliyyəti qeydiyyata alınmış göstərilsə də, az qala 24 saat fəaliyyətdə olur.
Araşdırmamızdan məlum oldu ki, bu tip obyektlərin əsil sahibi Arif adlı şəxsdir. Onun insan alverindən əldə etdiyi gəlirlərlə şəhərdə yeni masaj salonları açaraq fəaliyyətini genişləndirməkdədir. Biznesini o qədər genişləndirib ki artıq obyetlərdə bədənlərin satacaq qizlar tapa bilməyən Arif və Mübariz cütlüyü köhnə varyantlarına əl ataraq rayondan bakirə qızları aldadıb Bakıya iş adına gətizdirmə hiyləsinə baş vururlar.
Araşdırmadan da məlum oldu ki, bu onların birinci dəfə etdikləri bir hiylə deyil, indi işlətdikləri masaj salonlarındakı qızların əksəriyyəti əvvələr 14-16 yaşlarında olan qızlardır ki, hansıki min bir hiylə, kələklə və vədlər verərək bakirəliyin aldıqdan sonra masaj salonlarında işləməyə məcbur ediliblər.

Son zamanlar bu tip obyektlərin çəkiliş edilməsinə heç cürə imkan verilmir və hər bir obyektə idmançı gənclər işə götürən sahibkarlar obyektə yaxınlaşan jurnalistə güc tətbiq edirlər. Bu obyektlərin çox hissəsi yaşayış massivində olduğundan sakinlərin şikayətləri dayanmaq bilmir. Buna ən çox “28 may” metrosu yaxınlığında yerləşən yaşayış binalarının zirzəmisində, yaxud da binanın birinci mərtəbəsində rast gəlmək mümkündür.

Bir neçə belə obyektlər var ki, yüksək vəzifəli şəxslərin adlarını çəkərək bu obyektlərin sahibi olduqlarını bildirirlər.

Həmkarlarımızın apardıqları araşdırma da buna sübutdur. Həmin araşdırmanı sizə təqdim edirik:

- Gəl həyatım. Sənə ömründə görmədiyin həzzi yaşadım. Mənimlə olsan peşman olmayacaqsan.

- Bəs nə qədər xərcim çıxacaq?

- Bir saatı 60 manat, yarım saatı 40 manat. Bu pulun içində hamısı var. Masaj, seks və...

Bu söhbət "28 May” metrosu yaxınlığındakı masaj salonlarından birində çalışan 21 yaşlı qız arasında baş verib.

Yəqin bildiniz ki, söhbət nədən gedir? Çünki Bakıda masaj salonu adı altında fəaliyyət göstərən fahişəxanaların sayı olduqca çoxdur. Əsasən də, "28 may” metrosu yaxınlığında addımbaşı bu cür obyektlər faəliyyətdədir. Burada hər gün qadınlar masaj adı altında bədənlərini satırlar.

Axşam saatlarıdır. Hava qaralıb. Deyəsən, müştərilərin sayı da getdikcə artır. Əvvəlcə bir masaj salonuna enirik. Yaşı 18-dən 40-a kimi olan xanımlar foyedə siqaret tüstülədə-tüstülədə növbəti müştərilərini gözləyirlər. Bekar olanlar üst-başlarına əl gəzdirir, növbəti müştərinin "gözünə girməyə” çalışırlar. Bəziləri isə zarafatlarından qalmır, diqqət çəkmək üçün arabir ucadan gülürlər. Öyrənirik ki, burada bir "masaj" seansının qiyməti 50-60 manatdır. Burada çalışanların dediyinə görə, həmin pulun 25-30 manatı onların özünə, yarısı isə buranın sahibinə çatır. Qızlara müştəridən nömrə almaq, nömrə vermək qadağası qoyub. Səbəbsə odur ki, müştəri növbəti dəfə xidmətdən istifadə etmək üçün yenidən eyni məkana gəlsin. Yəni həmin qızı harasa dəvət etməsin.

Lakin müştəri kimi içəri girdiyimizə görə 21 yaşlı Lola (şərti ad) ilə söhbətə başladıq. Öyrəndik ki, Lola gündə 25-30 müştəri qəbul edir. Həm gənc, həm də gözəl olduğu üçün digər qızlardan fərqli olaraq ona daha çox yaxınlaşırlar. İş o yerə çatıb ki, Lola bəzən öz müştərilərini digər xanımlar üçün düzəldir. Əvəzində isə hər qızdan əlavə olaraq 10 manat götürür. Lola bu pulu siqaretpulu adlandırır.

Söhbət zamanı Lolanın çəkdiyi siqaretin tüstüsü ilə üstünə vurduğu ətirin iyi qarışıb insanı birtəhər edirdi. Üstəlik yarıçılpaq bədəni və sinəsini gözə soxan Lola müştərini daha tez ələ almağı bacarır.

Qızlar müştəriləri salonun ikinci mərtəbəsinə qaldırırlar. Orada şəraiti olmayan otaqlarda köhnə çarpayının üstündə uzanan müştərilər qızların ehtiraslı hərəkətlərini seyr etdikcə ağılları başdan olur. "Masaj”çi xanımlar daqa bundan istifadə edərək müştərini şirin dilə tutur və daha çox pul istəyirlər. Əlavə 10-20 manat qopardıqdan sonra isə müştərini birtəhər razı salmağa çalışırlar. Seksdən sonra müştəriyə duş almaq üçün şərait də yaradılır.

Qeyd edək ki, bura gələnlərin əksəriyyəti gənclərdir. Lakin bəzən yaşlı kişilərin də yolu bura düşür.

Həmin ərzidə isə demək olar ki, 10-dan çox belə obyekt var. Lakin onların hamısında qiymətlər 60 manatdan 35 manata qədərdir. Burada adi suyu 2 manata, digər 1 manatlıq içkiləri isə 5-10 manata satırlar. Əgər müştəri spirtli içki istəyərsə, onda onun azı 20 manat xərci çıxacaq.

Çətini müştəriləri bura çəkib gətirməkdir. Sonrası isə qızların öz "fərasəti"nə qalır. Qızlarda ki, müştərilərini razı salmaq üçün min hoqqadan çıxırlar. Görəsən burada çıxarılan oyunlardan müvafiq qurumların xəbəri varmı?

İlk görünən mənzərə bu idi ki, Nəsimi polisi düz burnunun ucunda qızğın fəaliyyət göstərən, rəsmi olaraq “massaj salonu” kimi işinə davam edən belə əxlaqsızlıq yuvalarına göz yumur. Belə olmasaydı bizim müraciətimizdən sonra həmin üzdəniraq “massaj salonları” əvvəlkindən də qızğın fəaliyyətlərini davam etdirməzdilər. İlk öncə “massaj salonuna daxil olaraq buranın kimin işlətdiyini soruşduqda, Turkan adlı xanımın rəhbərlik etdiyi məlum oldu. Özü iş başında olmadığı üçün bizimlə telefon əlaqəsi yaratdı. Əvvəlki “Muğan çay evi” indiki “Relax” adlanan istirahət mərkəzinin sağ istiqamətində yerləşən massaj salonu da yuxarıda adını çəkdiyimiz Mübariz və Ədalət adlı şəxslərə məxsusdur.

Paytaxtın mərkəzindəki əxlaqsızlıq yuvaları və buna göz yuman polis

Süleyman Rəhimov və Rəşid Behbudov küçələrində yerləşən,bir neçə, həmçinin indiki 11 saylı avtobus maşrutunun dayanacağına yaxın yerləşən zirzəmidə isə, bu şəriklərin yeni əxlaqsızlıq yuvası açması mətbuatda gedən yazılara məhəl qoymayan dövlət qurumlarının göz yumması sayəsində həyata keçirilir. Buna görə də Mübariz və Ədalət adlı şəxslərin icarəçisi olan bu obyektlərdən birini işlədən Turkan adlı xanım isə telefonla bizə rüşvət təklifi etdi, “yazıb kimə nə edəcəksiniz” deməsi isə yəqin ki, kimə arxalandıqlarına sual edirdi.

“Onsuzda polisin qiyməti 2000 manatdı verib yenə də işlədəcəm” deməsi yəqin ki, Nəsimi rayon 22 saylı polis bölməsində massaj salonu adı altında əxlaqsızlıq yuvası işlədən sahibkarlara “kırışalıq” edən Mübariz və Ədalət adlı şəxslər hər ay icarəçilərdən 500 manat yığdığı və qadın icarəçinin bildirdiyinə görə bu məbləğin mətbuatı susdurmaq üçün də istifadə edilir.

Gecə apardığımız müşahidədən məlum oldu ki, massaj salonları adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını nə polis, nə də digər dövlət qurumları qapadmaq fikrində deyillər...

Həmin obyektlə bağlı çəkiliş edən həmkarlarımızın yayımladığı video görüntüləri sizlərə təqdim edirik.



Bizi izləyin.. arşadırmamız davam edir...

“Qaynar Xətt” qəzeti

Bakıda “Massaj salonu” adı altında fahişəlik - VIDEO
Bakıda “Massaj salonu” adı altında fahişəlik - VIDEO
Bakıda “Massaj salonu” adı altında fahişəlik - VIDEO
Bakıda “Massaj salonu” adı altında fahişəlik - VIDEO
Bakıda “Massaj salonu” adı altında fahişəlik - VIDEO
Bakıda “Massaj salonu” adı altında fahişəlik - VIDEO
Bakıda “Massaj salonu” adı altında fahişəlik - VIDEO
Bakıda “Massaj salonu” adı altında fahişəlik - VIDEO
Bakıda “Massaj salonu” adı altında fahişəlik - VIDEO
Bakıda “Massaj salonu” adı altında fahişəlik - VIDEO
Bakıda “Massaj salonu” adı altında fahişəlik - VIDEO
Bakıda “Massaj salonu” adı altında fahişəlik - VIDEO
Bakıda “Massaj salonu” adı altında fahişəlik - VIDEO