backend

TƏCİLİ: “Ölkədən kütləvi köç ...” - İqtisadçı həyəcan təbili çaldı

TƏCİLİ: “Ölkədən kütləvi köç ...” - İqtisadçı həyəcan təbili çaldı

Natiq Cəfərli: “Təkcə Türkiyəyə 40 min azərbaycanlı köçüb”

“Ölkədə seçkini, statistikanı saxtalaşdırmaq olar, bütün günü inkişaf və güvən haqqında TV-lərdən təbliğat aparmaq olar, amma elə indikatorlar var ki, vəziyyəti bütün çılpaqlığı ilə izah edə bilir”.

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə son zamanlar ölkədən köç artıb, çox adam ölkədən getmək istəyir: “Son bir ildə tək Türkiyəyə 40 min azərbaycanlı köçüb, baxmayaraq ki, Türkiyə, yumşaq desəm, heç də yaxşı günlərini yaşamır - təhlükəsizliklə bağlı, işlə bağlı problemlər var. Qısası, vətəndaşların əlləri ilə YAP-ın əleyhinə verdiyi səslər saxtalaşdırılanda, ayaqları ilə bu hökumətin əlehinə "səs verirlər" - köçüb-gedirlər. Digər məqam: Son 1 ildə vətəndaşlar banklardan 977,5 mln. manat, son 1 ayda isə 191 mln. manat depozit çəkib, pulunu banklardan çıxardıb: Qısası, güvənlə bağlı "nağıla" vətəndaşlar əmanətlərini çəkməklə cavab verirlər, bu mifi də bank statistikası dağıdır. Belə...” (Cebhe.info)