backend

Xatirə İslam: Ay, bunu yazan tərbiyəsiz...

Xatirə İslam: Ay, bunu yazan tərbiyəsiz...

“Mən beləyəm, kimə xoş deyil, baxmasın".

Müğənni Xatirə İslam bəzi sosial şəbəkə istifadəçilərini sərt tənqid edib.

qaynarxett.az-un məlumatına görə, ifaçı onun imicini bəyənməyənlərə belə cavab verib:

"Mən səviyyəsiz, darfikirli insanları ətrafımda görmək istəmirəm. Kimin xoşuna gəlmirsə, səhifəmi tərk etsin. “Makiyajın pisdir, saçın belədir, sən bu paltarı neçə dəfə geyinmisən...”. Ay, bunu yazan tərbiyəsiz, mən həm evdar qadınam, həm müğənni, həm də dayə... Salona getməyə vaxtım olmayıb, başqa sözünüz var? Sizə nə lazımdır, küçələrdə səhərə kimi gəzib, gündə bir paltar moda nümayiş etdirmək? O mənlik deyil, mən beləyəm, kimə xoş deyil, baxmasın".