backend

Yarıçılpaq fotonun müəllifi danışdı: Bakıda deyil, Sumqayıtda çəkilib

Yarıçılpaq fotonun müəllifi danışdı: Bakıda deyil, Sumqayıtda çəkilib


























Həmin xanımın adı Leyladır.

Bakı küçələrində çəkildiyi iddia olunan yarıçılpaq fotonun müəllifi, fotoqraf Elvin Quliyev reaksiyalara cavab verib.

aynarxett.info xəbər verir ki, “Qafqazinfo”ya açıqlamasında fotoqraf fotonun Bakıda deyil, Sumqayıtda çəkildiyini bildirib. O, bu fotoda qəbahətli görüntünün olmadığını qeyd edib: “Kadr Sumqayıtda 14 mərtəbəli binanın üstündə çəkilib. Həmin xanımın adı Leyladır. Özü də bu şəkilləri gizlətmir. Düşünürəm ki, bu kadrlarda qəbahətli, şişirdiləcək bir görüntü yoxdur. Nəzərə alsaq ki, bəzi müğənnilər efirə, milyonların qarşısına tumançaq çıxır, bu kadrlar məncə adi bir görüntüdür. Sadəcə insanlar görmək istədiklərini görəndə bu cür reaksiya verirlər”.

Fotoqraf həmçinin qeyd edib ki, sonuncu foto isə Masazırda çəkilib.