backend

Sumqayıt xəstəxanalarında qapıçı da aylıq haqq verir

Sumqayıt xəstəxanalarında qapıçı da aylıq haqq verir

Şəhərin tibb ocaqlarında bu aylıq məbləğ 300 manatdır

Sumqayıt şəhərində fəaliyyət göstərən əksər xəstəxanalarda xoşagəlməz hallar yaşanır. Xüsusən də rüşvət və korrupsiya ilə bağlı xeyli sayda şikayətlər var. Qaynarxett.ifo-ya çatan məlumatlara görə, hətta bəzi baş həkimlər işi o həddə çatdırıblar ki, qapıçılardan da aylıq haqq alırlar.

Məlumatda vurğulanır ki, bəzi xəstəxanalarda qapıçı işləyənlər hər ay baş həkimə 300 manat haqq verirlər. Bu səbəbdən də Sumqayıtda qapıçılar xəstəxanaya gələn xəstə və onların yaxınlarından “giriş haqqı” olaraq 1 manat alırlar.

Qeyd edək ki, ümumiyyətlə, ölkənin 3-cü ən böyük şəhərinin tibb sektoru olduqca bərbad haldadır. Bununla bağlı geniş araşdırmamız olacaq.