backend

Sürücülərə müraciət: Yaxın işıq faralarını yandırın

Sürücülərə müraciət: Yaxın işıq faralarını yandırın

Polis və Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzi birgə aksiya keçirir.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsin (BDYPİ) və Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) “Sürücülər, intizamlı olaq!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirir.

BDYPİ hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, respublikanın avtomobil yollarında sürücülər tərəfindən sürət həddinin aşılması, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində yerləşməsi qaydalarının pozulması, habelə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması kimi xətalara yol verilməsi səbəbindən ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin effektivliyinin yüksəldilməsi, yollarda təhlükəsizlik mühitinin yaradılmasında hərəkət iştirakçılarının bütün kateqoriyalarının və aidiyyəti təşkilatların aktiv iştirakının təmin edilməsi məqsədi ilə iyun ayının 15-dən ölkə ərazisində start verilən “Sürücülər, intizamlı olaq!” adı altında hərəkətin təhlükəsizliyi aylığı iyul ayının 15-dək davam edəcək.

Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bütün hərəkət iştirakçılarını aylıq ərəfəsində yol hərəkəti qaydalarına ciddi riayət etməyə, idarə, müəssisə, təşkilat rəhbərlərini və kütləvi informasiya vasitələrini təhlükəsizlik aylığının yüksək səviyyədə keçirilməsinə yardımçı olmağa çağırır, əhalinin diqqətinin bu tədbirə cəlb edilməsi, o cümlədən hərəkət iştirakçılarının həmrəyliyinin simvolu kimi respublikanın avtomobil yollarında hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərinə gündüz vaxtı da yaxın işıq faralarından istifadə etmələrini tövsiyə edir.

Qeyd edək ki, aksiya haqqında təbliğat xarakterli informasiya bu gündən etibarən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə məxsus, Bakı şəhərinin əsas küçə və prospektlərində quraşdırılan Elektron İnformasiya Tabloları vasitəsilə yayımlanır.

Qaynarxett.ınfo