backend

Bakıda yol açıldı

Bakıda yol açıldı

Nəqliyyatın hərəkəti bərpa edildi.

Bakının Həsən Əliyev küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsinədək olan hissəsi (TQDK-nın inzibati binasının qarşısı) yolun asfalt-beton örtüyünün yenilənməsi başa çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzinə Azərbaycan Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən bildiriblər.

Məlumata görə, artıq həmin yolda asfalt-beton örtüyü salınıb, yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Bununla yanaşı, bir daha qeyd edək ki, hazırda Bakının Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsi yolun asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə alternativ olaraq Hənifə Ələsgərov və Abbasqulu Ağa Bakıxanov küçələrindən istifadə etmələri tövsiyə olunur.