backend

Bakının mərkəzi prospektində güclü – TIXAC

Bakının mərkəzi prospektində güclü – TIXAC

Ərazidə ağır yol qəzası baş verib.

Bakının Heydər Əliyev prospektində zəncirvari qəza baş verib.

Oxu.Az xəbər verir ki, “Mercedes” “BMW” və “Toyota-Prado” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, yolda böyük tıxac yaranıb.

Eyni zamanda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Heydər Əliyev prospektində baş verən yol qəzası ilə bağlı sürücülərə müraciət edib.

Mərkəzdən verilən məlumata görə, Heydər Əliyev prospektində - əsas yolda (Bağırov körpüsünün yaxınlığı) “Koroğlu” metrosu istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin sıxlığı yaranıb. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - kənar yoldan istifadə etmələri tövsiyə olunur.