Müzakirələr senator Kris Mörfinin sədrliyi ilə keçiriləcək.ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Robert Sekutanın (Robert Francis Cekuta) Azərbaycana səfir təyin olunması ilə bağlı dinləmə keçirəcək.
qaynarxett.az APA-ya istinadən xəbər verir ki, senatın rəsmi saytının verdiyi məlumata görə, dinləmələr sentyabrın 17-nə təyin olunub.
Həmin tarixdə ABŞ-ın digər ölkələrdə, o cümlədən Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş diplomatların təyinatı da müzakirə ediləcək. Müzakirələr senator Kris Mörfinin (Chris Murphy) sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, bu il iyulun 8-də prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb. R.Sekutanın namizədliyi Senatda təsdiqlənərsə, o, bu vəzifədə Riçard Morninqstarı əvəz edəcək.