backend

Yeni dərs ili ilə əlaqədar dəhşətli tıxac

Yeni dərs ili ilə əlaqədar dəhşətli tıxac




















Nəqliyyatın hərəkət sürəti 20 km/saatdır.

Yeni dərs ilinin başlaması paytaxt küçələrindəki tıxaclarla müşayiət olunub.

qaynarxett.az Milli.Az-a istinadən xəbər verir ki, şəhərin bir çox mərkəzi küçələrində nəqliyyatın sıxlığı müşayiət olunur.

Hazırda Bakı-Sumqayıt yolunda Xırdalan qəbiristanlığından başlayaraq, şəhər istiqamətində “20 yanvar” metrosuna qədər güclü tıxac müşahidə olunur. Burada nəqliyyatın hərəkət sürəti 20 km/saatdır.

Paytaxtın Mikayıl Müşviq, Mehdi Hüseyn, M.Mehdizadə, Lermontov küçələri, İstiqlaliyyət prospektində nəqliyyatın hərəkəti iflic olub.

A.Salamzadə, Vaqif, S.Vurğun, A.Cəlilov, Y.Səfərov, küçəsi, Azadlıq və Babək (şəhər istiqamətində) Təbriz və Bülbül prospektlərində də tıxaclar müşahidə olunur.