backend

Bakıda imkansızlara pulsuz çörək paylanır - VİDEO

Bakıda imkansızlara pulsuz çörək paylanır - VİDEO






















Bəzi şəxslər aksiyadan sui istifadə edirlər.

Bakıda imkansızlar üçün pulsuz çörək paylanılır. “Pulsuz çörək verilir” yazısı olan elan paytaxtın böyük marketlərindən birinin vitrininə yapışdırılıb.

qaynarxett.az ANS TV-yə istinadən xəbər verir ki, mağazanın administratoru bu aksiyanın uzun müddətdir davam etdiyini deyib. Lakin bəzi şəxslər aksiyadan sui istifadə edirlər. Belə ki, iki çörək götürməli olduqları halda bəzən daha çox çörək götürürlər.

“Biz tez-tez pulsuz çörək paylayırıq. Demək olar ki, gün ərzində yüzə yaxın çörək verilir. Artıq 3 ildi ki, bu aksiya yerinə yetirilir".

Qeyd edək ki, oxşar təşəbbüslə çıxış edən insanlar ölkəmizin müxtəlif yerlərində də var.