backend

Bakı metrosunda bu olmayacaq

Bakı metrosunda bu olmayacaq






















Məsələ hələ 2011-ci ildən müzakirə olunsa da...

Bakı Metropoliteninin xidmətlərindən hər gün yüz minlərlə şəhər sakini istifadə edir. Onların arasında qatarda olarkən mobil telefon vasitəsilə internetə qoşulmaq istəyənlər də var.

Amma metroda mobil telefonların 3G internetində problemlər yaranır. İnternet yalnız stansiyalarda “tutur”, tunellərdə isə ümumiyyətlə, yoxa çıxır. Bir müddət əvvəl Bakı Metropolitenində pulsuz Wi-Fi xidmətinin istifadəyə veriləcəyi deyilirdi. Fəqət, sonradan bu layihə nədənsə unuduldu.

qaynarxett.az Day.Az-a istinadən bildirir ki, mobil internetin real və effektiv alternativi sayılan Wi-Fi-ın tətbiqi çox “müşkül proses” kimi qələmə verilir.

Halbuki, dünya ölkələrindəki metrpolitenlərin əksəriyyətində belə servis çoxdan işə salınıb.

Bakıda metroda pulsuz internet məsələsi 2011-ci ildən müzakirə olunur. Hətta “Koroğlu” stansiyasında pulsuz Wi-Fi olacağı da deyilirdi.

Amma olmadı.

Bakı Metrpoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev əməkdaşımızla söhbətində deyib: “Metroda Wi-Fi məsələsi ilə bağlı müzakirələr aparılmır. Çünki hələlik bizim üçün prioritet məsələ deyil. İndi metroda ən qabaqcıl texnologiyaların tətbiqini düşünürük. Məsələn, ödəniş aparatlarının yenilənməsi və ya turniketlərin daha müasir proqram təminatı ilə təchizatını düşünürük”.

Beləliklə, Bakı metrosunda bu il də pulsuz internet olmayacaq.